Yuxarı Xatınarx | |
---|---|
40°05′45″ şm. e. 44°17′10″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 835 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Yuxarı Xatınarx — İrəvan quberniyasında Eçmiədzin qəzasında, əvvəl Zəngibasar rayonunda, sonralar isə Üçkilsə (Eçmiədzin) rayonuunda kənd.
Rayon mərkəzindən 6 km cənub-qərbdə, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir.
Kənddə 1828-ci ilə kimi azərbaycanılılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1828–29-cu illərdə İranın Xoy vilayətindən köçürülən ermənilər kənddə yerləşdirilmiş[3] və azərbaycanlılar kənddən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Kənd Böyük Qarasu çayından çəkilən arxın kənarında İrəvan xanı Səfıqulu xanın (1655–1680) arvadı Xatun tərəfindən salınmışdır. Ona görə də kənd Xatınarx adlandırılmışdır[3]. Toponimin əvvəllindəki "yuxarı" sözü fərqləndirici əlamət bildirir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir[4]