Yuxulu boşluq | |
---|---|
ing. Sleepy Hollow | |
| |
Janr | Qorxu filmi |
Əsas mövzu | fövqəltəbiilik[3], cadugərlik[3], qisas[d][3] |
Rejissor | Tim Börton |
Prodüserlər |
Skott Rudin Adam Şreder Frensis Ford Koppola |
İcraçı prodüser | Frensis Ford Koppola |
Əsərin müəllifi | Vaşinqton İrvinq |
Ssenari müəllifləri |
Kevin Yaqer Endryu Kevin Uoker |
Baş rollarda |
Conni Depp Miranda Riçardson Kristofer Uolken Maykl Qembon Kristina Riççi Liza Meri |
Operator | Emmanuel Lubezki |
Bəstəkar | Denni Elfman |
Rəssamlar |
Rik Haynriks Ken Kort Con Dekster |
Montajçı | Kris Lebenzon[d] |
İstehsalçılar |
Paramount Pictures American Zoetrope Karol Film Productions Mandalay Pictures |
Distribütor | UIP-Dunafilm[d], Netflix |
İlk baxış tarixi | 17 noyabr 1999 |
Filmin növü | Cinayət trilleri |
Müddət | 105 dəqiqə |
Büdcə | $100 milyon[1][2] |
Gəlir | $207,068,340 milyon |
Ölkələr |
ABŞ Almaniya |
Dillər |
İngilis dili Latın dili |
İl | 1999 |
Rəng | Rəngli |
Çəkiliş yeri | London |
IMDb | ID0162661 |
Yuxulu boşluq (ing. Sleepy Hollow) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmi. Film Vaşinqton İrvinqin "Yuxulu boşluq haqqında əfsanə" əsəri əsasında ekranlaşdırılmışdır. Bir çox məşhur filmlərin, o cümlədən, "Bitlcus", "Betmen" kimi filmlərin rejissoru olan Tim Börtonun bu filminin hekayəsi, mühiti və xarakterləriylə klassik sinematoqrafik istiqamətdən bir şah əsərə bənzəyir. Əllinci illərin fantastik qorxu filmlərindəki əksəriyyətlə qara ağ tonların ağırlıqlı olduğu havada olan "Yuxulu boşluq" filminin çəkilişləri üçün İngiltərədə hekayəyə uyğun kiçik bir kənd yenidən bərpa edilmişdir. Bu film ən çox ABŞ, Fransa və Böyük Britaniyada izlənmişdir.
1799-cu il, Nyu-York. İkabod Kreyn iyirmi dörd yaşında "Konsteybl" vəzifəsində çalışan kiçik gənc zabitdir. Onun zabit olmasına baxmayaraq bəzi qəribəliklərinə görə fərqlənir. İkabodun ölülərdən çəkinməməsinə baxmayaraq, balaca həşəratlardan bərk qorxur. İkabod Nyu-Yorka Yuxulu Boşluq" adlandırılan ilk hollandların məskunlaşdığı Uestçester qraflığının (ing. Westchester County) kəndinə, onun başçılarının köməyi ilə göndərilir ki, başı kəsilən şəxsiyyətlərin ölümü araşdırılsın. Bu ölüm sırasına: Piter Van Qarret, onun oğlu Dirk və dul qadını Elizabet Vinşip. Yeniliyin pioneri olan İkabod meyitlərin yarılması üçün müasir formalı qeyri-adi alətlərindən istifadə edir. İkabod meyitlləri görən zaman əsas olaraq başların olmamasına diqqət yetirir. İkabod tədqiqat işlərini davam etdirərək yeni müxtəlif maraqlı faktlarla qarşılaşır.
İkabod Kreyn varlı fermaçı Baltusun evinə gələn andan ətrafdakılardan üşbhələnməyə başlayır. Amma bu zaman Baltus ona "Başsız atlı" haqqında əhvalatı danışmağa başlayır. Amerika koloniyalarının müharibəsi dövründə (1775–1783) qessen şahzadəsinin alman kavalerlərindən biri yoluna keçən hər bir nəfəri öldürməyə başlayır. Bu kavaler xəncəri ilə birgə dişlərini də itiləmiş və yoluna çıxan adamların hamısının başını kəsmişdir. Lakin onu 1779-cu ildə onu muzdlu əsgərlər izləmiş və "Yuxulu boşluq" adlandırılan bir yerə aparmışlar. Burada onun başı kəsilmiş və bədəni başıyla birgə basdırılmışdır. Artıq kənd sakit bir həyat yaşayacaqdı. Amma həmin hadisələrdən bir neçə müddət keçdikdən sonra kənddə qəddar ölümlər başlayır. Kəndlilərin sözlərinə görə, onların gördükləri qatil "Başsız atlı"dır. Bu əhvalatı qulaq asdıqdan sonra İkabod Kreyn dərhal istintaqını davam etdirməyə başlayır.
İkabodun eşitdiyi maraqlı faktlar onun üçün hal-hazırda yetərli deyildir. "Başsız atlı"nın kəndlilərin başlarını kəsməsi və kəsilmiş başların özü ilə aparması onu çox maraqlandırır. Ona bu işdə az yaşlı uşaq və Katrina böyük köməklik göstərir. Hələ İkabon bura gələn zaman bir mərasimlə rastlaşır. Mərasimdə oyun keçirilir. Oyunun qaydasına görə, gözü bağlı şəxs sevgilisini taparaq onun yanağından öpməlidir. Bankirin qızı Katrina gözünü bağlayaraq oyuna qatılır. Katrina bir şəxsi öpür və gözlərini açaraq yad adamı görür. Bu adam bura yenicə gəlmiş İkaboddur. Məhz bu andan etibarən İkabod ona aşiq olmuşdur.
İkabod Kreyn "Başsız atlı" ilə rastlaşan zaman onun qan axan "Ölülər ağacı"nın içinə girdiyini görür. Buradan aydın olur ki, "Başsız atlı"nın evi buradır. Səhərlər "Başsız atlı" burada yaşayır və gecələr isə ovuna başlayır. İkabod "Ölülər ağacı"nın ətrafında onun qurbanlarının başlarını aşkar edir. Artıq İkabod "Başsız atlı"nın mövcud olmasına inanmağa başlayır. İkabod Kreyn istintaq zamanı konsteyb və Baltus Van Tasseldən şübhələnir. Baltus Van Tassel "Başsız atlı" tərəfindən öldürülən zaman İkabod Katrinadan şübhələir. Bu səbəbdən buranı tərk etmək istəyir. Lakin buradan çıxan zaman yolda qətllər haqqında fikirləşir və qərarra gəlir ki, bu işdə Katrinanın heç bir günahı yoxdur. İkabod geri qayıdan zaman Meri Van Tasselin Katrinanı əsir tutduğunu görür. Meri Van Tassel Katrinanın ögey anasıdır. Əvvəllər qessel tayfasından olan yoluna çıxan adamların başını kəsən döyüşçüyə xəyanət edən balaca əkiz qızlardan biri olub. Meri yaşlandıqca doğma əkiz bacısını öldürmüş və "Başsız atlı"nı diriltmişdir. Meri Van Tassel "Başsız atlı"nın köməyi ilə Tesselin var-dövlətinə sahib olmaq istəyir.
Bu zaman onlar arasında mübarizə gedir. "Başsız atlı" isə yenidən peyda olur. İkabod, az yaşlı uşaq və Katrina evdən qaçmağı bacarırlar. Onlar "Ölülər ağacı"nın ətrafına gəlirlər. Meri "Başsız atlı"ya İkabodu öldürməyi əmr verir. Bu zaman Merinin əlində qotaz olur. Bu qotazın sayəsində "Başsız atlı" idarə olunur. Qotaz sındıqdan sonra artıq "Başsız atlı" bütün idarədən azad olunur və Meri ölümcül halda "Ölülər ağacı"nın içinə aparır. Bütün kənd yenidən iyirmi il bundan əvvəlki kimi sakitdir. İkabod, az yaşlı uşaq və Katrina Nyu-Yorka yola düşürlər və XIX əsri qarşılayırlar.
Ad | Rol | Qeydlər |
---|---|---|
Conni Depp | İkabod Kreyn | Filmin baş qəhrəmanı |
Miranda Riçardson | Meri Van Tassel | Qəddar qadın |
Kristina Riççi | Katrina Enn Van Tassel | İkabodun sevdiyi qız |
Maykl Qembon | Battus Van Tassel | Varlı fermaçı və bankir |
Kasper Van Dyen | Brom Van Brant | Aristokratdır və Katrinanı sevir |
Maykl Qof | Ceyms Hardenbuk | Notarius |
Kristofer Li | Hakim | Cinayətlərin araşdırılmasında İkaboda kömək edir |
Kristofer Uolken | Başsız atlı | Alman döyüşçüsü |
Alan Armstronq | Zabit | Baş Konsteybl |
Rey Park | titrdə göstərilməyib | "Başsız atlı"nın döyüş səhnələrini ifa edən kaskadyor |
Liza Meri | Ledi Kreyn | |
Meri Pikerinq | Cavan Masbet | |
Cessika Oyeloyo | Sara | |
Martin Landau | Piter Vann Harrett | |
İen Makdayarmid | Həkim Lankaster | |
Riçard Qriffits | Magistrat Filips | |
Ceffri Cons | Stinvik |
Mükafat | Kateqoriya | Qazanan | Nəticə |
---|---|---|---|
Oskar mükafatı[4] | Ən yaxşı incəsənət dekorasiyası | Rik Heinriçs, Piter Yan | Qazandı |
Ən yaxşı film | Emmanuel Lubezki | Namizəd | |
Ən yaxşı kostyum | Kolin Atvud | Namizəd | |
BAFTA mükafatı[5] | Ən yaxşı kostyum | Kolin Atvud | Qazandı |
Ən yaxşı istehsalat layihəsi | Rik Heinriçs | Qazandı | |
Ən yaxşı vizual effektlər | Cim Mitçell, Kevin Yaqer, Coss Vilyams, Peddi İson | Namizəd | |
Saturn mükafatı:[6] | Ən yaxşı aktrisa | Kristina Riççi | Qazandı |
Ən yaxşı musiqi | Denni Elfman | Qazandı | |
Ən yaxşı qorxulu film | "Yuxulu boşluq" | Namizəd | |
Ən yaxşı rejissor | Tim Börton | Namizəd | |
Ən yaxşı ssenarist | Endryu Kevin Ualker | Namizəd | |
Ən yaxşı aktyor | Conni Depp | Namizəd | |
Ən yaxşı dəstəklənilən aktyor | Kristofer Ualken | Namizəd | |
Ən yaxşı dəstəklənilən aktrisa | Miranda Riçardson | Namizəd | |
Ən yaxşı kostyum | Kollen Atvud | Namizəd | |
Ən yaxşı kosmetika | Kevin Yaqer, Piter Auen | Namizəd | |
Ən yaxşı xüsusi effektlər | Cim Mitçell, Coss Vilyams, Kevin Yaqer, Mark S. Miller | Namizəd | |
MTV Film mükafatı[7] | Ən yaxşı qəddar | Kristofer Ualken | Namizəd |
Amerikan Kinematoqrafist Cəmiyyəti[8] | Kinematoqrafiyada görkəmli nailiyyətçi | Emmanuel Lubezki | Namizəd |
Onlayn Film Tənqidçiləri Cəmiyyəti[9] | Ən yaxşı Kinematoqraf | Emmanuel Lubezki | Qazandı |
Santa Fe Film Tənqidçiləri Dairəsi Mükafatları[10] | Ən yaxşı Kinematoqraf | Emmanuel Lubezki | Qazandı |
Yeniyetmə Seçimi Mükafatı[11] | Ən yaxşı aktrisa seçimi | Kristina Riçi | Namizəd |
Cavan Aktyor Mükafatı[12] | Ən yaxşı cavan aktrisa | Kristina Riçi | Namizəd |