Yuyçzülyü Çunu | |
---|---|
郁久閭醜奴 | |
Jujanların IX xaqanı | |
508 – 520 | |
Əvvəlki | Yuyçzülyü Futu |
Sonrakı | Yuyçzülyü Anaxuan |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Atası | Yuyçzülyü Futu |
Anası | Xoululin |
Həyat yoldaşları |
Fuşenmu Dulun Duxan |
Uşağı | Yuyçzülyü Çuxuy |
Yuyçzülyü Çunu (v. 520) - Jujan dilindəki adı ilə Qanunverici xan 508-ci ildə atasından sonra taxta çıxmış jujan xaqanı. O uzunboylu və döyüşdə usta olan bir adam idi. Şimal Vey sülaləsi ilə sülh bağlayan xaqan əsasən fikri Qaoçe Ulu Bəyliyinə verdi. 516-cı ildə onları ağır məğlubiyyətə uğradaraq atasının intiqamını aldı. İmperatora qərbdəki bütün tayfaları hakimiyyəti altına aldığı barədə məlumat ehtiva edən məktub yazdı.
Xaqanın ailəsində problem var idi. Oğlu Çuxuy itmişdi və heç kim onu tapa bilmirdi. Şamanların dediyinə görə oğlu qeyb olmuşdu və bir gün zühur edəcəkdi. Xaqan sevindi və şaman Dulun Duxan ilə evləndi. Lakin xaqanın anası dedi ki, oğlu onun çadırında yaşayır. Xaqan buna inanmadı və anasının ölümünü əmr etdi. Anası jujanları xaqanın zalımlığına qarşı çıxmağa səslədi və xaqan öldürüldü. Yerinə qardaşı Anaxuan gəldi.