Yötunlar | |
---|---|
q.skan. Jötunn | |
| |
Mifologiya | Skandinav mifologiyası |
Yer | Yötunheym və Utqard |
Cinsi | kişi və qadın |
Fəaliyyəti | şeytani əməllər etmək |
Əlaqəli personajlar | Odin, Freyya, İdunn, Loki Tor |
Digər mədəniyyətlərdə | trollar, divlər, titanlar, Təpəgöz |
Vikianbarda əlaqəli mediafayllar |
Yötun (q.skan. Jötunn; cəmdə: Jötnar; mənası – "qarınqulu")[1] — german-skandinav mifologiyasında Hrimturslar ailəsindən İmirin nəticələri olan divlər (turlar). Bu varlıqlar özləri qeyri-dəqiq bir şəkildə təsvir olunublar vtrolə adətən onlara rislər, turlar və trollar kimi müxtəlif terminlərlə xitab olunur.
Yötunlar Yötunheymdə yaşayırlar. Onlar gücləri və böyüklüklərinə görə fərqlənirlər. Yötunlar insanlar və Asarın düşmənləridirlər. Yötunlar dünyanın ilk sakini olub, dünyada insan və tanrılardan əvvəl yaşamış qədim divlərdir. Onlar Yerin şimal və şərq hissələrindəki soyuq qayalı bir diyarda (Yötunheym və Utqard) yaşayırlar. Onlar elemental şeytani təbii qüvvələrin nümayəndələri, Asarın düşmənidirlər. Onların ən böyük məqsədi Freyya və İdunnu, eləcə də onların sehrli atributları olan Torun çəkicini oğurlamaqdır. Yötunlar Odin rəhbərliyindəki Asar tərəfindən məğlub edilirlər.
Qədim skandinav əfsanələrinə ("Böyük Edda", "Kiçik Edda", "Lokinin deyişməsi", "Vaftrudnir nitqi", "Möd poeziyası" və s.) görə, Yötunlar son dərəcədə bədxasiyyət və ağılsız olsalar da onlardan bəziləri (Vaftrudnir, Mimir, Egir) qədim biliyin keşikçiləri idi. Buna baxmayaraq, onların əksəriyyətində qədimi və ya sadəcəsinə biçimsiz əlamətləri var idi. Bu da Yötunlarin vəhşi təbiətini simvolikləşdirirdi.
Skandinaviyanın qədim sakinləri qasırğa, qar uçqunu və başqa təbii fəlakətlərin səbəbkarının Yötunlar olduğuna inanırdılar. Skandinaviyalılar növbəti əsrlərdə xristianlığı qəbul etdikdən sonra Yötunlar trolllar ilə eyniləşdirildi.
Qədim skandinav dilindəki "jötunn" və qədim ingilis dilindəki "eoten" sözü pragerman dilindəki "*etunaz" sözündən törəmişdir. Rusiya filoloqu Vladimir Orel qeyd edir ki, "*etunaz" sözü ilə yenə bir pragerman sözü olan "*etanan" arasındakı semantik əlaqələr bu iki ismin arasında əlaqənin olması ehtimalını artırır. Pragerman dilindəki "*etanan" sözü qədim skandinav dilindəki "etall" (azərb. Sərf edici/Uducu/Yeyici), qədim ingilis dilindəki "etol" (azərb. Acgöz/Qarınqulu) və qədim yuxarı alman dilindəki "filu-ezzal" (acgöz) sözlərindən istifadə edərək yenidən qurulmuşdur.[2] Qədim skandinav dilindəki "risi" və qədim yuxarı alman dilindəki "riso" sözləri pragerman dilindəki kişi cinsindən olan "*wrisjon" ismindən törəmişdir. Orel qədim sakson dilindəki "wrisi-līke" (azərb. Nəhəng) sifətinin bu sözlər ilə əlaqəli olduğunu düşünür.[3]
Qədim skandinav dilindəki "þurs", qədim ingilis dilindəki "ðyrs" və qədim yuxarı alman dilindəki "duris" (hamısı – azərb. Şeytan/İblis) sözləri pragerman dilindəki kişi cinsində olan "*þur(i)saz" ismindən, "*þur(i)saz" sözü pragerman dilindəki "*þurēnan", "*þurēnan" isə etimoloji baxımdan sanskrit dilindəki "turá-" (azərb. Güclü/Qüvvətli/Zəngin) sözü ilə əlaqəlidir.[4]
Yötunlarin adı qədim skandinav yazılarında tez-tez qeyd olunmuşdur. Məsəlüçün, "Hündlın mahnısı" şeirinin "Völvanın qısaca peyğambərliyi" adlı bəndində müxtəlif mifik varlıqların mənşəyi yazılmışdır:[5][6]
Völvalar Vidolfrdan, qabaqgörənlər Vilmeydrdan, cadugərlər Svartöfdidən və bütün Yötunlar İmirdən törəyib. |