Yəşəm

Yəşəm daşı

Yəşəmkvars və ya xalsedonla sementləşmiş mikroskopik kvars dənələrindən ibarət bərk süxurdur. Tərkibində böyük miqdarda dəmir, alüminium, kalsium oksidlərinin və həmçinin qranat, xlorit, epidot kimi mineral qarışılqların olması ona çox müxtəlif rənglər verir. Yəşəmin ən yaxşı növlərindən istənilən rəng və çarlara rast gəlinir. Görkəmli mineroloq – alim A.Y.Fersman bu daş haqqında belə yazmışdır: “Mən öz rəng zənginliyinə görə yəşəm qədər fərqlənən ikinci bir mineral növü tanımıram; təmiz göy rəngdən başqa yəşəmdə bütün rəng çalarları var və onlar birləşərək nağılvari mənzərə yaradır”.

Yəşəm

Çinlilər yəşəmi ilahiləşdirmişlər. Yəşəmlər qədim dənizlərin dibində, sualtı bazalt-liparit vulkanlatının yaxınlığında əmələ gəlmişdir. Qərbi Avropa ölkələrində yəşəmdən bəzək daşı kimi XV-XVI əsrlərdə istifadə etmişlər. Rusiyada I Pyotr dövründə filiz bilicilərini yəşəm arxasınca Urala, ya da Sibirə göndərirdilər. XVIII əsrdə Urala Orsk şəhəri yaxınlığında Polkovnik dağında müstəsna dərəcədə gözəl, alabəzək yəşəm daşları tapıldı. Bəzək əqiqlərinin ehtiyatı praktiki olaraq tükənməzdir. Bu, planetimizdə ən geniş yayılmış süxurlardandır. Rusiyada, təkcə Uralda 250-dən çox yataq məlumdur. Burada onlar Qütb Uralından Qazaxıstana qədər eni 50 km zolaq şəklində uzanan ərazidə rast gəlinir.

Əvvəllər olduğu kimi, indi də bu daşlardan bir çox ölkələrdə suvenirlər düzəldilir. Astroloqlar hesab edirlər ki, yəşəm insanlara gələcəyi görmək qabiliyyəti verir və uğur gətirir. İnanca görə bu daş dolça, balıq və qoç bürcü altında doğulan insanlara kömək edir.

Yəşəmdə skeleti opaldan və ya əhəngdən olan dəniz heyvanlarının qalıqları rast gəlinir. Yəşəm vulkanik süxurlarla bir yerdə tapılır; qiymətli məmulatların hazırlanmasında və zərgərlikdə istifadə edilir. Yataqları Cənubi Uralda və Altayda, Siciliyada, keçmiş Çexoslovakiyadadır. Azərbaycanda (Göygöl, İsmayıllı rayonlarında) təzahürləri var.

İnsan orqanizminə əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Yaşma (yəşəm) - yaxşı müalicəvi enerjiyə malikdir, qara ciyəri, böyrəkləri, öd kisəsini müalicə edir. Yaşıl-mavi rəngli yaşma intuisiyanı gücləndirir, depressiyanı götürür. Qırmızı yaşma ürəyin fəaliyyətini fəallaşdırır, qan dövranını stimullaşdırır.[1]

  1. "Qiymətli daşlar (2-ci hissə)". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-30.