Zəbid

Zəbid
زبيد
14°12′ şm. e. 43°19′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 1,35 km²
Mərkəzin hündürlüyü 114 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 50.781 nəf. (2005)
Xəritəni göstər/gizlə
Zəbid xəritədə
Zəbid
Zəbid
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ZəbidYəməndə tarixi bir şəhər.

Yəmən Tihaməsində Hudəydənin 100 km. cənubi-qərbində yerləşir. Qırmızı dənizə 25 km. uzaqlıqdadır.

Zəbiddə qədim tikinti.

Şəhər, adını ortasında qurulduğu verimli vadidən almışdır. Bura öncələri Əşarilərdən Husayb ibn Abdüşəmsə izafətən Husayb adıyla bilinməkdə və bir neçə kənddən meydana gəlməkdəydi. Bölgədə yaşayan Əşar (Əşairə) qəbiləsi mənsublarından içlərində Əbu Musa əl-Əşarinin də olduğu bir heyət 628-ci ildə müsəlman olduqlarını bildirmək üzrə Mədinəyə doğru yola çıxmış, ancaq mindikləri gəmi fırtına üzündən Həbəşistan sahilinə sürüklənincə buradakı mühacirlərə qatılmışdılar.[1] Həzrət peyğəmbərin bölgəyə vali təyin etdiyi Tahir b. Əbu Halə ilə Əbu Musa əl-Əşaridən sonra Yəmən Xüləfa-yi Raşidin və Əməvilər dövründə, ardından Abbasilərin ilk dönəmində valilər tərəfindən idarə olundu. VIII əsrin əvvəlində Tihamə bölgəsində yaşayan Bəni Ak və Əşar qəbilələrinin Abbasi hakimiyyətinə baş qaldırması üzərinə Abbasi xəlifəsi Məmun 818-ci ildə Məhəmməd ibn Abdullah bin Ziyad komandasındakı bir ordunu bölgəyə göndərdi. Üsyanları yatıran İbn Ziyad, Tihamə bölgəsini hakimiyəti altına aldı. Məmunun əmriylə fevral 820-ci ildə Zəbid şəhərini quraraq saraylar tikdirdi və kanallar açdırdı.[2] Zəbidi, Yəmənin böyük hissəsinə hakim olan Abbasilərdən yarı müstəqil olaraq Ziyadilərin hakimiyyət mərkəzi halına gətirdi. Ədən ilə Məkkə arasındakı hac yolunun önəmli bir nöqtəsində olan şəhər bu dönəmdə böyük bir inkişafda oldu. Buraya gələn bir çox alim şəhərin önəmli bir mədəniyyət mərkəzi olmasına yardım etdi. Ziyadilərin inşa etdirdiyi məscidlər də şəhərin mədəni inkişafına qatıldı.[3]

914-cü ildə qərmətilərin təxrib-xarab etdiyi Zəbidin kərpiçdən inşa edilən bir divarı və dört qapısı vardı. Bu divarlar daha sonrakı dönəmlərdə şəhərin inkişaf etməsinə paralel şəkildə genişlədilərək yeniləndi. Eyni dönəmdə Zəbidin Yəmənin ən böyük şəhərlərindən biri olduğu və "Bağdadü Yəmən" deyə anıldığı İslam coğrafiyaçıları tərəfindən bildirilir [4]. Şəhər Nəcahilər dönəmində də (1022-1159) idarə mərkəziydi. Bu dönəmdə Yəməndə nüfuzu artan Şiə Suleyhilər, Sünni Nəcahiləri qarşılarında bir əngəl olaraq gördüklərindən 1060-cı ildə Zəbidi zəbt etdilərsə də Nəcahilər bir çox savaşın ardından bir neçə dəfə əl dəyişdirən şəhəri 1089-cu ildə son dəfə ələ keçirdilər. Şəhərin divarları Nəcahilər dönəmində yenidən tikilldi. Zəbid, 1 avqust 1159-cu ildə uzun bir mübarizədən sonra Mehdilərin əlinə keçdi və bu xanədanın idarə mərkəzi oldu. Məhdilər, Səlahaddin Əyyubinin qardaşı Turanşah komandasındakı Əyyubi ordusu tərəfindən qısa bir müddət sonra ortadan qaldırıldı və şəhər Əyyubi hakimiyəti altına girdi (1174). 1175-ci ildə Turanşah naiblərini yerinə buraxıb buradan ayrıldı. Fəqət onun ardından Yəməndə qarışıqlıqların çıxması üzərinə 1181-ci il bölgəyə gəlib istiqrarı bərpa edən Tuğtəgin ibn Əyyub dönəmində şəhərdə imar-inşaat fəaliyətləri edildi. Zəbiddəki ilk zərbxanə də onun zamanında quruldu. Zəbid, Əyyubilər dönəmində bölgənin dini, idari və iqtisadi mərkəzi halına gəldi. Bu dönəmdə açılan mədrəsələrdə Şafei fiqhi oxudurdu.

Zəbid əsas inkişafını Rəsulilər dönəmində (1229-1454) gerçəkləşdirdi. Rəsulilər, paytaxtlarının Taiz olmasına baxmayaraq adətən bir mədəniyyət mərkəzi kimi gördükləri Zəbiddə bir çox mədrəsə və məscid inşa etdilər, vəqflər qurdular. Rəsuli sultanlarının qış mərkəzi olan Zəbidin divarları da bu dönəmdə yeniləndi. Rəsulilər elm və memarlıq ilə bərabər şəhərin çevrəsində əkinçiliyin inkişafına də qatıldılar. İbn Bəttuta bu dönəmdə Zəbidin Sənadan sonra Yəmənin ən böyük şəhəri olduğunu və çevrəsindəki torpaqlarda taxılçılığın çox inkişaf etdiyini ifadə edir [5].

  • N. Sadək, “Zabīd: Thə Round City of Yəmən”, a.ə., s. 215-226;
  • N. Sadək, “Zabīd”, EI² (İng.), XI, 370-371;
  • M. Ali əl-Arusi, “Zəbid”, əl-Məvsuatül-Yəməniyyə, Səna 1423/2003, II, 1441-1450;
  • M. Adəm Fətini əl-Mərzuki, “Ķalatü Zəbid ət-tarixiyyə (Darül-imarə)”, əd-Diriyyə, X/39-40, Riyad 2007, s. 109-124;
  • İhsan Sürəyya Sırma, “Zəbid”, İA, XIII, 479-481.
  1. Cengiz Kallek, “Əşar (Bəni Əşar)”, DİA, XI, 442-443
  2. Umarə əl-Yəməni, Tarixul-Yəmən: əl-Müfid fi əxbari Səna və Zəbid (nşr. Həsən Süleyman Mahmud), Qahirə, ts. (Məktəbətü Mısr), müx.yerlər
  3. Əbdürrəhman b. Abdullah əl-Hadrami, Zəbid, məsacidüha və mədarisühəl-ilmiyyə fit-tarix, Dəməşq, 2000
  4. Məqdisi, Əhsənüt-təķāsim (nşr. M. J. də Goeje), Qahirə, 1991, s. 84-85
  5. İbn Bəttuta, ər-Rihlə, s. 247