Zəkəriyyə əl-Ənsari

Zəkəriyyə əl-Ənsari
İmam Zəkəriyya əl Ənsari
زكريا الأنصاري
Doğum tarixi 1420
Vəfat tarixi 1520[1]
Vəfat yeri
Elm sahələri fiqh, təfsir, sufilik
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zəkəriyyə əl-Ənsari (14201520[1], Qahirə) — Misir tarixçisi, alimi.

Adı və nəsəbi

[redaktə | vikimətni redaktə et]

O, Zeynuddin Zəkəriyya ibnu Muhəmməd ibnu Zəkəriyya əl Ənsari əs Süneyki əl Əzhəri əş Şafidir. Künyəsi Əbu Yəhyadır. Misirdəki Süneykə deyilən bölgəyə nisbət edilir.

Doğuluşu, təhsili və vəfatı

[redaktə | vikimətni redaktə et]

İmam, Hicri 823 və ya 824-cü ildə Süneykədə anadan olmuşdur. Bəziləri də hicri 826-cı ildə doğulduğunu deyir. Süneykədə kiçik yaşda Quranı əzbərləyir, fiqhi elmlərə sahib olur. Sonra 841-ci ildə Əzhar Universitetinə daxil olur. Orada bir çox mətnləri əzbərləyir. Bundan başqa Zəkəriyya əl Ənsari bir çox alim və məşəyixdən dərs alır. Elm dənizi insanlar arasında püxtələşir. Onlar arasında İmam Zeynuddin Əbu Nəim Rizvan ibnu Muhəmməd ibni Yusif əl Uqəbi əş Şafi də var. Ona Quranı yeddi mütəvatir qiraət üzərə oxuyur. Bundan başqa İmam Şafinin müsnədin İmam Müslimin səhihini də ona dinlədir. Eləcə də Nəsainin Sünənus Süğrasını dinlədir. Eləcə də Hafiz ibnu Həcər əl Əskəllanidən də dərs alır. İbnu Həcər ona dərs verməsi üçün bəzi icazətlər də verir. Həmçinin Əbdürrəhman ibnu Muhəmməd əz Zərkəşi əl Hənbəlidən də faydalanmışdır.

İmam Zəkəriyya əl Ənsari hicri 926-cı ildə Zilhiccə ayında 103 yaşında vəfat etmiş və böyük bir qalabalıqla cənazəsi müşayət edilmişdir.

İmam Zəkəriyya əl Ənsari bir çox alimdən dərs almışdır. Acizanə araşdirmam nəticəsində şeyxlərindən otuzdan yuxarı şeyxin ismini gördüm. Biz yenə ixtisar yolunu tutaraq bir qismini qeyd edirik.

  1. Zeynuddin əbu Nəim Rizvan ibnu Muhəmməd ibni Yusif əl Uqəbi əş Şafi. Qurani Kərimi yeddi qiraət ilə bu şeyxə oxumuş eləcə də Müslimin səhihini imam Şafinin müsnədini Nəsainin Sunənus Suğra əsərini də ona dinlədir.
  2. İmamul Əzhar Nuruddin əl Məxzumi. Bu alimə də yeddi qiraət üzərə Quran oxuyur.
  3. İbnu Həcər əl Əskəllani. Ondan dərs verməsi üçün bir neçə icazətlər də almışdır.
  4. Abdurrəhman ibnu Muhəmməd əl Qahiri əl Hənbəli.
  5. İmam əl Kəfici əl Hənəfi.
  6. Cəlaləddin əl Muhəllə əş Şafi (Cəlaleyn təfsirinin iki müəllifindən biri. Digəri isə Cəlaləddin Süyutidir. Hər ikisi Şafidir).
  7. İmam Şihabuddin ibnul Məcdi əş Şafi.
  8. İmam əl Bəlqini.
  9. İmam ibnul Fərrat.
  10. Şəmsuddin Muhəmməd ibnu Muhəmməd ibni Əhməd əl Hicazi və başqa bir çox alimlər.

Bu alimin fəzilətini anlamaq üçün yetişdirdiyi tələbələrə baxmaq yetərlidir. Onlardan bəziləri bu sadalayacağımız zatlardır.

  1. Saleh Nuruddin ən Nəsəfi (Şeyxin oğlu).
  2. İbnu Həcər əl Heytəmi əş Şafi.
  3. Şihabuddin ər Ramli əş Şafi.
  4. Şəmsuddin ər Ramli əş Şafi (Şeyx Şihabuddinin oğlu).
  5. Tacəddin əd Dəncihi əş Şafi.
  6. Şəmsuddin Muhəmməd ibnu Abdurrahmən Əl Kafarsusi əş Şafi.
  7. Muhəmməd ibnu Muhəmməd ibnu Əli əl Bəli.
  8. İmam Şihabuddin ibnu Həmədə.
  9. İmam İbnul Hənbəli əl Hələbi.
  10. Bədrəddin Həsən ibnu Yəhya əd Dəməşqi əş Şafi və başqaları.

Allahın bərəkəti ilə Şeyxi Zəkəriyya əl Ənsari bir çox sahədə əsərlər qələmə almışdır. Onlardan bəziləri bunlardır.

  1. Əsnəl Mətalib fi Şərhi Ravdatut Talib (Şafi fiqhinda olan Ravdatut Talib kitabının şərhidir).
  2. Əl Ğurarul Bəhiyyə fi şərhi Bəhcatil Varədiyyə.
  3. Mənhəcut Tulləb (Şafi fiqhinə yazılmış müxtəsər bir mətindir).
  4. Fətul Vəhhab bi şərhi Mənhəcut Tullab (Yuxardakı mətnin şərhidir).
  5. Ədəbul Qadi alə məzhəbil İmam əş Şafi.
  6. İhkamud Dəlalə alə təhririr Risalə (İmam Quşeyrinin risaləsinin şərhidir).
  7. Ləbbul Usul (İmam ibnu Subkinin Cəmul Cəvamisinin müxtəsər forması).
  8. Buluğul Ərab bi şərhi Şuzuriz Zəhəb (Nahv elmində İbnu Hişamin Şüzuruz Zəhəb adlı mətninə verdiyi şərhdir).
  9. Töhfətul aliyyə fil Xutabil Minbəriyyə.
  10. Şərhul bəsmələti vəl həmdələ və başqa əsərlər.

Alimlərin onun haqqinda dedikləri

[redaktə | vikimətni redaktə et]

İbnu Həcər əl Heytəmi deyir:"O (Zəkəriyya əl Ənsari) gözümün gördüyü əməl edən alimlərin ən ucasıdır. Allahın insanlar üzərində höccətidir. Şafi məzhəbinin bayrağını daşıyandır". İmam Süyuti deyir:"O, qələmində, əməlində və elmində ciddi birisi idi. Dinində böyük bir mətanətlə, ona aid olmayan şeyləri tərk etməklə, böyük bir təvazu və yumşaqlıqla və dilini sükutla qoruyaraq insanlara oxudaraq fətva verərək və yazaraq çox fayda verdi. Bundan başqa elm əhlinin ona öygüsü olduqca çoxdur.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.