Zaviyə (Livya)

Zaviyə / Zəviyyə
32°45′08″ şm. e. 12°43′40″ ş. u.HGYO
Ölkə Liviya
Region Tripolitaniya
Rayon Zaviyə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 56 fit (17 m)
Saat qurşağı UTC+2
Əhalisi
Əhalisi 234 nəfər (2011)
Rəsmi dili ərəbcə
Rəqəmsal identifikatorlar
Telefon kodu +218 23
Xəritəni göstər/gizlə
Zaviyə / Zəviyyə xəritədə
Zaviyə / Zəviyyə
Zaviyə / Zəviyyə

Zaviyə Liviyanın şimal-qərbində yerləşən şəhərdir[1]. Tarixi Tropolitaniya bölgəsində, Tripolinin təxminən 47 km (29 mil) qərbində ,Aralıq dənizinın Liviya sahillərində yerləşir. Zaviyə, Zaviyə rayonunun mərkəzidir.

1973 və 1984-dəki Liviya əhali siyahıya almalarında, şəhərin əhalisi 91.603 idi. Əhaliyə görə (Tripoli,Benqazi , Misrata və Baydadan sonra) Liviyanın ən böyük beşinci şəhəridir .2011-də Zaviyə rayonunun təxminən 200.000 əhaliyə sahip olduğu təxmin edilirdi bunların çoxu şəhər əhalisi idi. Zaviyə şəhərinin 1988-də qurulan Al Zawiya Üniversiteti adında bir üniversiteti vardır . Şəhərin yaxınında neft sahəsi yerləşir və Zaviyə, Liviyanın ən önəmli iki neft rafinəsindən birinə sahib. Zaviyə ilk dönəmdəki ən şiddətli döyüşlərdən bəzilərinin yaşandığı yeriydi. Çünki Zaviyənin yerləşdiyi yer Tripoli və Tunis sərhəddi arasındakı maşruta nəzarət etməyə imkan verən bir yerdir.

Zaviyə quru tropik bir iqlimə sahibdir. İl boyu temperatur həmişə müsbət dərəcədədir.

Liviya vətəndaş müharibəsi

[redaktə | mənbəni redaktə et]

Birinci Liviya vətəndaş müharibəsində Liviya müxalifəti ilə Muammər Qəddafi hökuməti arasında şəhərin içində və çevrəsində şiddətli döyüşlər oldu. Özəlliklə Qəddafi bir telefon görüşməsində, protestoçuların narkotik və alkolla aldadılan yıxım və sabotaj üçün gənclər olduğunu dedi. 8 mart 2011-də Qəddaffi güclərinin şəhəri yox etmək üçün hava gücü və 50 tankdan istifadə edərək şəhəri külə çevirdiyi bildirildi. Bir şahidə görə, şəhər xarabaya döndü … Küçədəki hərkəs görüldüyü yerdə vuruldu."Başqa bir xəbərə görə" rejim şiddəti 6 mart 2011 sabahı artmağa başladı və sonrakı günlərdə sıxlaşdı — "Uşaqlar evlərinin önündə oturarkən vuruldu, xəstəxana bombalandı.10 Martda şəhər, Qəddafi tərəfdarı qüvvələr tərəfindən geri alındı. 18 Martda şəhərdə yenidən protestoların başlandığı bildirildi. Aprel 2011-in başlarında, ayaxlanma vəhşicə basdırıldıqdan sonra, şəhər Qəddafinin tankları və snayperçiləri içəri girdiyində yaralıların və ölənlərin olduğu Şəhidlər Meydanına baxan əsas məscid tamamən yıxılmışdı, heç bir iz qalmamışdı." Üsyançı qaynaqlara görə, son bir neçə həftə içində minlərcə Zaviyəli sorqulanmaq üçün aparılmışdı. Qəddafinin birlikləri Zaviyənin idarəsini ələ keçirdiyindən bəri, inqilabçılar Qəddafinin əsgərlərinə qarşı gərilla taktikasını istifadə edir. 11 İyunda təxminən yüz üsyançı şəhərə sızdı və bəzi bölgələrin idarəsini ələ keçirdiklərini iddia edərək, Mart ayında Qəddafinin birlikləri tərəfindən yenidən ələ keçirilməsindən bu yana sadiq və muxalif güclər arasındakı ilk önəmli döyüşlər oldu. Davam edən döyüşlər səbəbiylə sadiq güclər, önəmli bir keçid olan şəhərdən keçən yolu bağladı Ertəsi gün üsyançılar Qəddafi birlikləri tərəfindən şəhər kənarına çıxarıldı və şəhərə gedən yol yenidən açıldı. 6 Avqust etibariylə üsyançılar Zaviyəyə yönələn bir hücum başlatmışdı və iddiaya görə şəhərdəki inqilabçılar, şəhərə çatdıqlarında üsyançıları dəstəkləmək üçün ayaqlanacaqlarını dedilər. 13 Avqustda, son döyüşün nəticəsi ilə bağlı Al Jazeera Arabic, Qəddafi birliklərinin Zaviyəni tərk etdiyini və eyni gün Qəddafi qarşıtı güclərin hərəkətə keçtiyini dedi.[2][3]

Çox zaman futbol üçün istifadə olunan çox məqsədli bir stadiyon "Zaviyə Stadiyonu' şəhərdə yerləşir.

  1. http://geographic.org/geographic_names/name.php?uni=-4471243&fid=3748&c=libya/ Arxivləşdirilib 2023-04-01 at the Wayback Machine Zaviyə, Liviya
  2. http://blogs.aljazeera.net/liveblog/libya-aug-13-2011-0013/ Arxivləşdirilib 2012-01-31 at the Wayback Machine Al Jazeera
  3. https://www.bbc.co.uk/news/world-africa-14521323/ Arxivləşdirilib 2023-02-04 at the Wayback Machine Liviya vətəndaş müharibəsi, Zaviyə döyüşləri