Zbiqniev Bonek | |
---|---|
pol. Zbigniew Boniek | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 3 mart 1956[1] (68 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 180 sm |
Çəkisi | 76 kq |
Mövqeyi | yarımmüdafiəçi, hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Zbiqniev Bonek (3 mart 1956[1], Bıdqoş, Kuyaviya-Pomoraniya voyevodluğu[d][2]) — Polşalı keçmiş futbolçu, məşqçi, idman funksioneri. UEFA-nın hazırkı vitse-prezidenti. O, əsasən yarımmüdafiəçi kimi oynasada, sağ cinah və ikinci hücumçu kimi oynamağı bacarırdı.
O, bütün zamanların ən böyük polşalı oyunçularından biri hesab olunur və 2004-cü ildə Pele tərəfindən yaşayan 100 ən yaxşı futbolçudan biri seçilib.[3]
Zbiqnev Boniek karyerasına 1973-cü ildə "Zavişa" klubunda başlayıb. Daha sonra 1975-ci ildə "Vidzev" klubuna keçən futbolçu, 1982-ci ilə kimi bu klubda çıxış edir.
Bonek Avropanın güclu liqalarından birində özünü sınayan ilk polyaklardandır. 1982-ci ildə İtaliyanın "Yuventus" klubuna keçən Zbiqnev Bonek burada dərhal əsas heyət oyunçusuna çevrilir. Mişel Platini ilə bir tandemdə çıxış edir. 80-ci illərin birinci yarısında "Yuventus"un oyununu böyük ölçüdə müəyyən edən bu tandem olur.
Baş məşqçi Covanni Trapattoninin rəhbərliyi altında Bonek 1984-cü ildə Kuboklar Kubokunu, həmin ilin Avropa Super Kubokunu və nəhayət, 1985-ci ildə Avropa Çempionlar Kubokunu qazandı. Beləliklə, "Yuventus" muzeyi eyni vaxtda üç ən nüfuzlu Avropa kuboku ilə bəzədilmiş ilk futbol klubu oldu (bundan əvvəl "Qoca Sinyora" yalnız 1977-ci il UEFA Kubokunu qazanmışdı).
1985-ci ildə İtaliyanın başqa bir klubu "Roma" klubuna keçir.
O, ölkəsinin millisi ilə birlikdə 1982-ci il dünya çempionatının "bürünc"ünü qazanıb. Həmin dünya çempionatında o, Belçika millisinə qarşı het-trik edib. Ümumilikdə Polşa Milli komandasının heyətində Zbiqnev Bonek 80 oyunda meydana çıxıb və 24 qol vurub.
Boniek futbolçu kimi peşəkar karyerasını başa vurduqdan sonra bir neçə il ortabab İtaliya klublarını çalışdırıb, bundan sonra Polşa Futbol İttifaqının təklifini qəbul edərək, onun vitse-prezidenti olur.
2002-ci ilin iyulunda Bonek Polşa millisinin baş məşqçisi kimi debüt edir, lakin o, uzun müddət orada qalmır. Beş oyundan sonra başqa məşqçi ilə əvəzlənir.
Klub | Mövsüm | Liqa | Kubok | Beynəlxalq | Toplam | |||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Dvizion | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
"Vidzev" | 1975–76 | Ekstraklasa | 27 | 7 | 0 | 0 | 0 | 0 | 27 | 7 |
1976–77 | 24 | 9 | 1 | 0 | 0 | 0 | 25 | 9 | ||
1977–78 | 30 | 11 | 2 | 1 | 4 | 3 | 36 | 15 | ||
1978–79 | 28 | 4 | 1 | 1 | 0 | 0 | 29 | 5 | ||
1979–80 | 26 | 10 | 2 | 1 | 2 | 1 | 30 | 12 | ||
1980–81 | 11 | 1 | 0 | 0 | 5 | 0 | 16 | 1 | ||
1981–82 | 26 | 8 | 3 | 2 | 2 | 0 | 31 | 10 | ||
Toplam | 172 | 50 | 9 | 5 | 13 | 4 | 194 | 59 | ||
Yuventus | 1982–83 | A Seriyası | 28 | 5 | 12 | 3 | 9 | 2 | 49 | 10 |
1983–84 | 27 | 3 | 6 | 2 | 9 | 4 | 42 | 9 | ||
1984–85 | 26 | 6 | 6 | 3 | 10 | 3 | 42 | 12 | ||
Toplam | 81 | 14 | 24 | 8 | 28 | 9 | 133 | 31 | ||
Roma | 1985–86 | A Seriyası | 29 | 7 | 5 | 1 | 0 | 0 | 34 | 8 |
1986–87 | 26 | 4 | 6 | 4 | 2 | 0 | 34 | 8 | ||
1987–88 | 21 | 6 | 3 | 1 | 0 | 0 | 24 | 7 | ||
Toplam | 76 | 17 | 14 | 6 | 2 | 0 | 92 | 23 | ||
Karyerasında toplam | 329 | 81 | 47 | 19 | 43 | 13 | 419 | 113 |