Zibold alması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Zibold alması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Zibold alması (lat. Malus sieboldii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Alman həkimi Philipp Franz van Ziboldun şərəfinə adlandırılmışdır. O, Yaponiyadan Avropa bağlarına çox miqdarda bitkilər gətirilmişdir. Koreya və Yaponiyada yayılmışdır.
Hündürlüyü 10-15 m-ə çatır. Çiçəklərinin rəngi çəhrayıdan ağadək dəyişilir, ətirlidir, meyvələri sarı-qırmızıdır. Budaqları möhkəmdir. Yarpaqları sadədir. Yarpaq ayasının kənarları dişlidir. Yarpaq iynələrinin uzunluğu 25-60 mm, eni 20-40 mm-dir. İri bitkinin qabığı nazik və hamardır. Budaqları tünd bənövşəyi və ya bənövşəyi-qonur, kəsiyində yumrudur. Qönçələri al qırmızı-qonur, yumurtavari, çılpaqdır. Yalançı zoğları ensiz-lansetvari, 4-6 mm, ucu biz, saplağı 1-2,5 sm, yarpaq ayası yumurtavari, ellipsvari və ya ensiz-ellipsvaridir, bünövrəsi yumru və ya enlidir. Budaqların ucunda qalxanın diametri 4-6 sm, 4-8 çiçəkli, çiçək altlıqları tökülən, xətvari-lansetvari, tükcüklüdür. Gövdəcikləri 2-2,5 sm, tükcüklü və ya təxminən çılpaqdır. Çiçəklərin diametri 2-3 sm-dir. Ləçəkləri çəhrayı, ellipsvari-əks-yumurtavari, 1,5- 1,8 sm-dir. Erkəkcikləri 20-dir. Aprel-mayda çiçəkləyir. Meyvələri ətlidir.
Yaxşı dremajlı torpaqlarda, qarışıq meşələrdə bitir.
Naxçıvan MR-da, Qubada, Qəbələdə həyatyanı sahələrdə mədəni şəraitdə becərilir.
Meyvələri yeməlidir. Yazda effektli çiçəklərinə görə dekorativ ağac kimi istifadə edilə bilər.