Zillur Rəhman

Zillur Rəhman
benq. জিল্লুর রহমান
Z. Rahman. 2011
Z. Rahman. 2011
12 fevral 2009 – 20 mart 2013
ƏvvəlkiYacuddin Əhməd
SonrakıƏbdül Həmid
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Britaniya Hindistanı, Böyük Britaniya
Vəfat tarixi [1][2] (84 yaşında)
Vəfat yeri Sinqapur
Partiya
  • Banqladeş Avami Liqası[d]
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı İvi Rəhman
Uşağı Nazmul Həsən Papon
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zillur Rəhman (benq. জিল্লুর রহমান) — banqladeşli siyasi və dövlət xadimi.

Zillur Rəhman, 1929-cu il, martın 9-da vəkil ailəsində anadan olmuşdur. Ali təhsilini Dəkkə Universitetində tarix və hüquq ixtisası üzrə almışdır. 1952-ci ildə benqal azadlıq hərəkatına qoşulmuşdur. 1970-ci ildə o zaman Pakistanın bir hissəsi olan Banqladeş parlamentinə seçilmişdir. Banqladeşin tanınmayan milli hökümətinin fəal əməkdaşı idi.

Ölkədə müstəqilliyin bərqərar edilməsindən sonra da siyasi fəaliyyətini davam etdirərək "Liqi Avami" partiyasının baş katibi oldu. 1973-cü ildən Banqladeş Parlamentinin üzvü idi. Prezident Micibur Rəhmanın ölümündən sonra ölkənin yeni hərbi rəhbərliyinin represiya təzyiqlərinə məruz qaldı.

1996-2001-ci illərdə Hasin Vazedin rəhbərliyi altında "Liqi Avami" hökümətində nazir vəzifəsində çalışmışdır. 2009-cu ildə hakimiyyət səlahiyyəti əldə edərək prezident oldu.

2004-cü ildə terroristlər tərəfindən öldürülmüş "Avami Liq" partiyasının fəal bir üzvü ilə evli olmuşdur.

Zillur Rəhman 2013-cü il, martın 20-də Sinqapur xəstəxanalarından birində vəfat etmişdir[3].

  1. "Bangladesh President Zillur Rahman dies after illness". 2019-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.
  2. "Скончался президент Бангладеш Зиллур Рахман". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.
  3. "Скончался президент Бангладеш". 2013-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.