Zindan sümükcüyü

Zindan sümükcüyü
Bitişir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zindan sümükcüyü (lat. Incus, incudis f.) — daxili qulağa aid eşitmə sümüklərindən biri. Bu sümük ilk dəfə italyan anatomu Alessandro Akillini tərəfindən təsvir edilmişdir. Zindan sümüyü çəkic sümükcüyünün zərbələrindən alınan səs dalğalarını üzəngi sümükcüyünə ötürmüş olur. Bu sümük ancaq məməli heyvanlarda mövcuddur.

Zindan sümüyünün cismi-lat. corpus incudis və bir-birindən uzaqlaşan qısa-lat. crus breve və uzun ayaqcığı-lat. crus longum vardır. Uzun ayaqcığının ucunda mərciyəbənzər çlxlntı-lat. processus lenticularis ayırd edilir. Zindanın uzun ayaqcığı üzəngi başcığı və cismi çəkic başcığı ilə birləşərək müvafiq zindan-üzəngi və zindan-çəkic (lat. articulatio incudostapedia et incudomallearis) oynaqlarını əmələ gətirir. Kütləsi 30 mq[1], uzunluğu 4,8-5,4 mm arasındadır[2].

  1. Gelfand, S.A.: Essentials of Audiology. Thieme, New York & Stuttgart 1997, ISBN 3-13-103631-1. S. 46.
  2. Anson, B.J., Donaldson, J.A.: Surgical Anatomy of the Temporal Bone. W.B.Saunders Company, Philadelphia, 1981.
  • İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh. 337-338, UB-999,  (az.)