Ziraat Bank

Ziraat Bank
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Dövlət bankı
Sənaye Maliyyə xidmətləri
Məhsulları Maliyyə xidmətləri, kredit kartı, pərakəndə bankçılıq, kommersiya bankı, investisiya bankçılığı, girov, özəl bankçılıq
Təsis tarixi 20 noyabr 1863
Baş qərargahın yeri Türkiyə Millət, Altındağ Ankara
İqtisadi göstəriciləri
Birjada listinqi BIST:TCZB
Ümumi kapital 31,546 milyard ₺
Ümumi aktivlər 302,848 milyard ₺
Ümumi gəliri 22,050 milyard ₺
Xalis mənfəəti 5,126 milyard ₺
Struktur
İşçi sayı 25 697
Ana şirkət Türkiyə Varlıq Fondu
Rəhbərlik
Təsisçi Əhməd Şəfiq Mithat Paşa
Ziraat Bank
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ziraat BankTürkiyədəki üç dövlət bankından biri. 1863-cü ildə Osmanlı İmperiyası dövründə Mithat Paşa tərəfindən qurulan Məmləkət Sandıqlarının bir hissəsidir.

Türkiyə Respublikası Ziraat Bankı Anonim Şirkətinin 18 müxtəlif ölkədə 88 yerdə törəmə bankı, filial və nümayəndəlik ofisləri mövcuddur. Ziraat Bank ilk dəfə 1863-cü ildə “Milli Xəzinə” kimi fəaliyyətə başlamışdır. “Xəzinələr” 1883-cü ildə yardım fondları ilə əvəz edilmiş və Bank 1888-ci il tarixindən etibarən rəsmi olaraq "Ziraat Bank" kimi fəaliyyətə başlamışdır. 1923-cü ildə Türkiyə Respublikasının yaradılması ilə Bankın adı Türkiyə Respublikası Ziraat Bankı adlandırılmışdır. 2000-ci ilin noyabr ayında Ziraat Bankı dövlət bankı statusunu dövlətə məxsus birgə səhmdar cəmiyyəti ilə əvəzləmiş və onun yeni adı Türkiyə Cumhuriyeti Ziraat Bankası Anonim Şirkəti (“T.C. Ziraat Bankası AŞ”) olmuşdur. Türkiyə Respublikasının Xəzinə Katibliyi 100% səhmlərin tək sahibidir. Ziraat Bankının Baş Ofisi, Türkiyə Respublikasının paytaxtı olan Ankara şəhərində yerləşir və Baş Ofisin bir çox bölmələri ölkənin maliyyə mərkəzi olan İstanbul şəhərində fəaliyyət göstərir.[1]

Ziraat Bankı 2014-cü ildə də əvvəlki illərdə olduğu kimi inkişaf tempini yüksəltmişdir. Belə ki, 2013-cü il ilə müqayisədə, 2014-cü ildə Bankın aktivləri 19% artaraq 108 milyard dollar, kreditləri 27.8% artaraq 74.5 milyar dollar, mənfəəti 21.6% faiz artaraq 1.75 milyard dollar təşkil etmişdir.

Ziraat Bank Azərbaycan

[redaktə | mənbəni redaktə et]

Makro genişlənmə strategiyasına müvafiq olaraq Ziraat Bankı, Türkiyə ilə artan əlaqələrindən əlavə iqtisadi artım və sərmayə potensialına və coğrafi strateji mövqeyinə görə Azərbaycanda da “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti adı altında törəmə Bankını açmışdır. Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyətə başlamışdır.

Bank üç səhmdardan ibarət olmaqla açıq səhmdar cəmiyyəti formasında təsis edilmişdir. Bunlardan, 99.98% səsvermə

hüququna malik səhmlərin sahibi T.C.Ziraat Bankası Anonim Şirkəti, 0.01% səsvermə
hüququna malik səhmlərin sahibi Ziraat Sigorta Anonim Şirkəti və 0.01% səsvermə
hüququna malik səhmlərin sahibi Ziraat Yatırım Menkul Değerler Anonim Şirkətidir.[2]
  1. "Ziraat Bank Azərbaycan". Tarixçə. 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2020.
  2. "Ziraat Bank Azərbaycan". Haqqımızda. 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2020.