Zirvə

Zirvədağ, dağ silsiləsi və ya dağ massivinin ən yüksək hissəsi. Tektonik quruluşundan, onu təşkil edən süxurların litoloji tərkibindən, denudasiya proseslərinin xüsusiyyətlərindən və s. asılı olaraq zirvələr pik, platoyabənzər və s. formada ola bilər. Dünyada ən yüksək zirvə Himalay dağlarında Comolunqma (Everest, 8848 m), Azərbaycan Respublikasında isə Bazardüzüdür (4466 m).

Dünyanın ən yüksək nöqtəsi — Comolunqma(Saqarmatxa, Everest).
Bazardüzü.

Geomorfoloji termin

[redaktə | mənbəni redaktə et]

Dağın, silsilənin, tirənin, təpənin ən yüksək hissəsi. Zirvə forması onu təşkil edən çöküntülərin litoloji tərkibindən, tektonik quruluşundan, denudasiya proseslərindən və s. asılı olaraq, yastı, günbəzvari, pik formalarında olur.[1]

Dünyanın müxtəlif hissələrinin ən hündür zirvələri

[redaktə | mənbəni redaktə et]
Hündür zirvələr
Dağlar Hündürlük, metr.
Everest (Asiya) 8848
Akonkaqua (Cənubi Amerika) 6960
Mak-Kinli (Şimali Amerika) 6194
Klimancaro (Afrika) 5894
Elbrus (Avropa) 5642
Vinson (Antarktida) 4892
Vilhelm (Avstraliya və Okeaniya) 5030
Dünyanın ən hündür zirvələri metr
Everest (Himalay) 8848
Çoqori (Karakorum) 8611
Kançençanqa (Himalay) 8598
Lxosze (Himalay) 8485
Makalu (Himalay) 8481
Ço-Oyyu (Himalay) 8188
Dxanlaqiri (Himalay) 8172
Manaslu (Himalay) 8163
Naqaparbat (Himalay) 8091
Annapurna (Himalay) 8078
  • Новая энциклопедия школьника. Москва, "Махаон", 2016, 383 с.
  1. Zirvə // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.