Zixlər, həmçinin ziqlər, ziklər, zikxlər, çiqlər, çiklər və ya ciklər (q.yun. Ζυγοί, zuxoy; gürc. ჯიკები, cikebi) — Qafqazın şimal-qərbində, Zixiyanın adıq-abxaz qəbilə birliklərinin qədim yunanca, latınca və gürcücə adları. Bu adlandırmadan antik dövrdən son orta əsrlər dövrünə qədər istifadə edilmişdir.
Zixlər müasir adıqların və abxazların etnogenezində əsas komponentlərdən biri olmuşdur. Strabon özünün "Coğrafiya" əsərinin XI kitabında zixlər haqqında məlumat vermişdir.[1]