Zoltan Ambruş | |
---|---|
mac. Ambrus Zoltán | |
Doğum tarixi | 22 fevral 1861 |
Doğum yeri |
|
Vəfat tarixi | 28 fevral 1932[1] (71 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | xəstəlik |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, tərcüməçi, ədəbiyyat tənqidçisi, teatr tənqidçisi, nasir, dramaturq |
Əsərlərinin dili | Macar dili |
Janrlar | teatr pyesi, roman, povest, esse |
Üzvlüyü | |
Zoltan Ambruş Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Zoltan Ambruş (mac. Ambrus Zoltán; 22 fevral 1861, Debretsen – 28 fevral 1932[1], Budapeşt) — Macarıstan yazıçısı və tərcüməçisi.
Debreçendə gimnaziyanı bitirdikdən sonra Budapeştdə hüquq fakültəsində təhsil almışdır. 18 yaşı olarkən atasının vəfat etməsindən sonra bütün ailənin yükü onun çiyinlərinə düşdü. O, Pesti Naplo, Fővárosi Lapok və Budapest Szeml kimi qəzetlər üçün məqalələr və teatr əsərlərinin tənqidini yazırdı. 1885-ci ildə Parisə köçdü və burada Kollec-de-Fransda və Paris Universitetində ədəbiyyat ixtisasına yiyələndi. Peşt şəhərinə geri döndükdən sonra A Hét jurnalı üçün bir sıra qısa həcmli hekayələr yazdı. 1900-cü ildə Új Magyar Szemle qəzetinin redaktoru oldu və Nyuqat jurnalı üçün məqalələr yazdı. 1917–1922-ci illər arasında Milli Teatrın direktou oldu.
Macarıstanın şəhər quruluşu haqqında yazırdı. Onun romanı Midás király (1906) əsas psixoloji işdir. Qüstav Flober, Viktor Şerbyule, Gi de Mopassan, Anatol Frans və Onore de Balzak da daxil olmaqla bir sıra fransız yazıçılarının əsərlərini macar dilinə tərcümə etmişdir.