Zoltan Layoş Bey

Zoltan Layoş Bey
mac. Bay Zoltán Lajos
Doğum tarixi
Doğum yeri Dyula, Macarıstan
Vəfat tarixi (92 yaşında)
Vəfat yeri Vaşinqton, ABŞ
Dəfn yeri
Vətəndaşlığı  Macarıstan,  ABŞ
Milliyyəti Macarıstanlı
Elm sahələri Fizik, ixtiraçı
İş yerləri
Təhsili
Tanınır Orta elektron sürətləndirici[ing.] Radiolokasiya astronomiyası[ing.], metrin yeni təyini
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zoltan Layoş Bey (24 iyul, 1900 Dyula - 4 oktyabr, 1992 Vaşinqton)[1]mikrodalğa texnologiyası, o cümlədən volfram lampalarını inkişaf etdirmiş macarıstanlı fizik, professor və mühəndis. O, Aydan radar əks-sədalarını müşahidə edən ikinci şəxs idi. 1930-cu ildən etibarən o, Segeda Universitetində nəzəri fizika professoru kimi işləməyə başladı.[2]

1923-cü ildə Tungsram Ltd.-də işıq mənbələrini, əsasən də elektrik lampaları inkişaf etdirmək üçün tədqiqat laboratoriyası yaradıldı.[1] Laboratoriyanın rəhbəri İqnas Pfayfer idi. Tədqiqat heyətinə isə Zoltan Beylə bərabər Tivadar Millner, İmre Brodi, Qyorq Sigeti, Ernö Vinter və başqaları daxil idilər.[1]

Qyorq Sigeti Zoltan Beylə birlikdə metal buxar lampaları və lüminessensiya işıq mənbələri üzərində işləyirdi. Onlar silisium karbiddən hazırladıqları "Elektrolüminissent işıq mənbələrinə" görə patent aldılar. Bu işıq mənbələri işıq diodlarının "əcdadları" hesab olunur.[1]

1955-ci ildə Zoltan Bey Milli Standartlar Bürosunda (hal-hazırda Milli Standartlar və Texnologiya İnstitutu adlanır) Nüvə Fizikası şöbəsinin rəhbəri oldu. Burada o, əvvəllər məlum olmayan ölçmə üsulu ilə işığın tezliyini və sürətini ölçmüşdür.[3] Zoltan Beyin tədqiqatları nəticəsində Beynəlxalq Çəki və Ölçülər Bürosu 1983-cü il konfransında Zoltan Bey tərəfindən tövsiyə olunmuş metrin yeni təyin olunmasını[4] standart kimi qəbul etmişdir. Zoltan Bey 72 yaşında təqaüdə çıxıb. 1981-ci ildə o, Macarıstan Elmlər Akademiyasına fəxri üzv seçilib.[2]

1998-ci ildə İsrail dövləti Dünya xalqları ədalətliləri arasında onu tanıdı və Yad Vaşemdə onun adını siyahıya saldı.[5]

  1. 1 2 3 4 "Fizikai Szemle 1999/5 - Zsolt Bor: OPTICS BY HUNGARIANS" (with Zoltán Bay), József Attila University, Seged, Macarıstan, 1999 KFKI-Hungary-Bor Arxivləşdirilib 2012-05-12 at the Wayback Machine
  2. 1 2 "Zoltan Lajos Bay".
  3. "Zoltán Bay, whose name the Foundation bears" (life), Bay Zoltán Institute of Logistics and Production Engineering (Bay-Logi), Bay Zoltán Foundation for Applied Research, 1994, webpage:BZLogi Biography at Bay Zoltán Foundation Arxivləşdirilib 2007-06-24 at the Wayback Machine.
  4. Resolution 1 of the 17th CGPM Arxivləşdirilib 2013-06-26 at the Wayback Machine (CGPM, 1983), retrieved from BIPM database (BIPM, n.d.) on 24 August 2008.
  5. Zoltan Layoş Bey Arxivləşdirilib 2018-10-03 at the Wayback Machine – Onun fəaliyyəti Holokost zamanı yəhudilərin həyatını xilas edib , Yad Vaşem saytında

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]