Zu-n-Nun Misri | |
---|---|
Doğum tarixi | 796[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 859[1] |
Vəfat yeri | |
Elm sahəsi | sufilik |
Tanınmış yetirmələri | Bəyazid Bəstami |
Vikianbarda əlaqəli mediafayllar |
Zu-n-Nun Əbu Faid Savban ibn İbrahim Misri (ərəb. ذو النون المصري; 796[1], Ahmim[d], Misir, Abbasilər xilafəti – 859[1], Qahirə, Misir, Abbasilər xilafəti və ya Cizə) — Misir sufi alimi.
Onun həyatı haqqında çox da məlumat yoxdur. "Zu-n-Nun" ləqəbi "balıq sahibi" mənasındadır "Misri" nisbə onun əslən Misirdən olduğunu bildirir.[2]
Zu-n-Nun Suriya və Ərəbistanda çoxlu səyahətlər etmiş, bir çox sufi müdriklərinin, o cümlədən Səhl Tustərinin tələbəsi olmuşdur. 829-cu ildə bidət ittihamı ilə həbs edilmiş və Bağdad həbsxanasına göndərilmişdir, lakin sonra xəlifə Mütəvəkkilin müdaxiləsi sayəsində sərbəst buraxılmışdır. Azadlığa çıxandan sonra Qahirəyə getmiş və orada vəfat etmişdir.