Zyarvinos | |
---|---|
lit. Zervynos | |
54°06′40″ şm. e. 24°29′49″ ş. u.HGYO | |
Ölkə | Litva |
Əhalisi | |
Əhalisi | 47 nəfər (2011) |
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Zyarvinos (lit. Zervynos) — Litvanın cənubunda yerləşən kənd. İnzibati baxımından Varen rayonu, Alitus qəzası ərazisinə daxildir. Marsinkonisdən 8 km şimal-şərqdə, Varenadan isə 16 cənub-qərbdə qərarlaşır.
Zyarvinos kəndi Ula və onun qolu olan Povilnisa çayının sahilində yerləşir. Hər tərəfdən Daynav meşəliyi ilə örtülmüşdür. Ərazisi Cuki Milli paarkı ərazisinə daxildir.
Zyarvinos kəndi dövlət əhəmiyyətli arxitektur abidədir. Burada 48 ev vardır ki, onunda 8-i etnoqrafik əhəmiyyət daşıyır. Hazırda 11 yaşayış sahəsi qorunur və bura 35 tikili daxildir. Tarixi abidə olaraq XVIII əsrin sonu — XX əvvəllərindən qorunur.
Hələ XVIII əsrdə formalaşmış ənənəvi kənd arxitekturası və ümumi plan qorunub saxlanmışdır. Burada Həm də böyük taxta xaçlar, (arıçılıq ləvazimatları), qəbiristanlıq, Neolitik dövrünə aid düşərgə belə vardır[1].
Kənd ərazisindən Sankt-Peterburq-Varşava dəmiryolu keçir. Bu yol hazırda Bilnyus-Marcinkonis şəhər ətrafı dəmiryolu nəqliyyatına çevrilmişdir.
Kəndin adı ilk dəfə 1742-ci il tarixi mənbələrində şəkilir. 1869-cu ildə kənddə cəmi 17 ev vardı. Birinci və İkinci dünya müharibələri aralığında kəndin yerləşdiyi ərazi əvvəl Orta Litva (1920–1922), sonradan isə Polşanın tərkibinə qatılmışdır. Sovetlər dönəmində kənddə ibtidai kəktəb fəaliyyət göstərirdi. Burada yazıçı Juozas Aputis yaşamış və işləmişdir. Kənd ərazisində "Hec kəs ölmək istəmirdi" (1965) və "Fakt" (1981) knoları çəkilmişdir.
Kəddə 1798-ci ildə 104, 1858-ci ildə — 133, 1921-ci ildə — 235 nəfər yaşayırdı. 1959-cu il siyahıya almasına görə, kənddə 190, 1970-ci ildə 186, 1989-cu ildə 103, 2011-ci ildə 47, 2013-cü ildə isə 50 nəfər yaşayırdı.