Zöhrə Ağamirova 2001-ci il avqustun 8-də anadan olub. Atası Atil Ağamirov Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının prezidenti, anası Könül Ağamirova isə cərrahdır.[1] Üç yaşında anası Zöhrəni ahrobatihaya gətirdi, amma Zöhrə dörd yaşında televiziyada gimnastların çıxışlarına baxdıqdan sonra bədii gimnast olmağı istədi.
Zöhrə Ağamirova 2011-ci ilin mayında Portuqaliyada baş tutan beynəlxalq turnirin qalibi oldu.[2] Həmin ilin noybarında isə Zöhrə Ağamirova 2001-ci il təvəllüdlü gimnastlar arasında Azərbaycan Çempionatının bürünc medalına sahib oldu.[3] 2011-ci ilin son turnirində isə Zöhrə Ağamirova Polşada baş tutan beynəlxalq turnirin qalibi oldu.[4]
2012-ci ilin fevralında Zöhrə Ağamirova 2001-ci il təvəllüdlü gimnastlar arasında şəhər çempionatını gümüş medalla başa vurdu.[5] Daha sonra mayda Kiyev şəhərində beynəlxalq turnirdə mübarizə aparan Zöhrə Ağamirova ümumi turnirdə gümüş, topla turnirdə isə bürünc medala sahib oldu.[6] Zöhrə Ağamirova növbəti uğuruna iyulda Turin şəhərində (İtaliya) beynəlxalq turnirdə gümüş medala sahib olmaqla imza atdı.[7]
2015-ci ilin əvvəlində şəhər çempionatının qalibi olan Zöhrə Ağamirova daha sonra Plovdiv şəhərində (Bolqarıstan) beynəlxalq turniri halqa və iplə turnirlərdə gümüş medallarla başa vurdu.[8]
Zöhrə Ağamirovanın birinci nüfuzlu turnriri 2016-cı ilin 11–14 fevralında EstoniyanınTartu şəhərində baş tutan gənclər arasında Miss Valentine beynəlxalq turniri oldu. Ümumi turnirdə bürünc medala sahib olan Zöhrə Ağamirova gürzlərlə turnirdə gümüş, topla və iplə turnirdə isə bürünc medallara sahib oldu.[9]
Daha sonra Zöhrə Ağamirovanın 1–4 apreldə İtaliyanınPezaro şəhərində baş tutan gənclər arasında FIG World Cup beynəlxalq turniri oldu.[10] Zöhrə Ağamirova təsnifat mərhələsini topla proqramda 12.650 balla 56-cı pillədə, gürzlərlə proqramda isə 15.450 balla 7-ci pillədə başa vurdu. Komanda turnirində İlahə Məmmədova, Vera Qudis və Zöhrə Ağamirova 90.384 balla turniri doqquzuncu pillədə başa vurdu. Zöhrə Ağamirovanın gürzlərlə turnirin final mərhələsində çıxışı 15.750 balla qiymətləndirildi və nəticədə dördüncü pillənin sahibi oldu.[11]
Zöhrə Ağamirova mayda gənclər arasında Açıq Azərbaycan Çempionatının qalibi oldu.[12] Halqa və iplə turnirdə qızıl, topla turnirdə gümüş, gürzlərlə turnirdə isə bürünc medallara sahib olaraq çempionatı üç qızıl, bir gümüş və bir bürünc medalla başa vuran Zöhrə Ağamirova gənclərdən ibarət Azərbaycan yığmasının heyətinə cəlb edildi.[13]
Zöhrə Ağamirova iyunda İspaniyanınQvadalaxara şəhərində baş tutan FIG World Cup beynəlxalq turnirində çıxış eləsə də, turniri medalsız başa vurdu.[14]
Zöhrə Ağamirovanın 2017-ci ildə birinci turniri 28–30 apreldə Azərbaycanda baş tutan FIG World Cup beynəlxalq turniri oldu. Təsnifat mərhələsində Ağamirova əvvəl halqa ilə turnirdə 16.150 balla 10-cu[15], topla turnirdə isə 13.850 balla 28-ci pillədə qərarlaşdı.[16][17] Daha sonra Ağamirova gürzlərlə proqramda 15.750 balla 10-cu[18], lentlə proqramda isə 14.450 balla 16-cı pillələrin sahibi oldu.[19] Ümumi nəticədə isə Zöhrə Ağamirova turniri 60.200 balla 35 gimnast sırasında 14-cü pillədə başa vurdu.[20][21]
Zöhrə Ağamirovanın növbəti turniri 6–10 iyunda AlmaniyanınBerlin şəhərində baş tutan FIG Challenge Cup beynəlxalq turniri oldu. Turnirin birinci günündə Ağamirova halqa ilə turniri 15.700 balla 11-ci[26], topla turniri isə 14.150 balla 16-cı pillədə başa vurdu.[27][28] Turnirin növbəti günündə isə Ağamirova gürzlərlə proqramı 14.650 balla 16-cı[29], lentlə proqramı isə 14.400 balla 12-ci pillələrdə başa vurdu.[30] Bu nəticələrə əsasən Zöhrə Ağamirova ümumi nəticədə 58.900 balla turniri 14-cü pillədə başa vurdu.[31][32]
Zöhrə Ağamirovanın 2023-cü ildə birinci turniri 24–25 martda baş tutan Azərbaycan Çempionatı oldu.[33] Turnirin nəticələrinə əsasən Zöhrə Ağamirova 138.150 balla bədii gimnastların 28-ci Azərbaycan Çempionatının qalibi oldu.[34][35][36] Zöhrə Ağamirova həmçinin halqa, top, gürzlər və lentlə proqramlarda da turnirin qalibi oldu və Azərbaycan Çempionatını beş qızıl medalla başa vurdu.[37][38][39]
Zöhrə Ağamirovanın mövsümdə birinci beynəlxalq turniri 31 mart-2 apreldə BolqarıstanınSofiya şəhərində baş tutan FIG World Cup beynəlxalq turniri oldu.[40]
Təsnifat mərhələsində Ağamirova əvvəl halqa ilə turnirdə 30.800 balla 7-ci, topla turnirdə isə 30.400 balla 10-cu pillədə qərarlaşdı. Daha sonra Ağamirova gürzlərlə proqramda 26.350 balla 35-ci, lentlə proqramda isə 27.450 balla 17-ci pillələrin sahibi oldu. Ümumi nəticədə Zöhrə Ağamirova turniri 115.000 balla 15-ci pillədə başa vurdu.[41] Təsnifat mərhələsinin nəticələrinə əsasən Zöhrə Ağamirova halqa ilə proqramda final mərhələsinə vəsiqə qazandı.[42] Nəticədə Ağamirova 30.500 balla finalı altıncı pillədə başa vurdu.[43]