Zülfü Livaneli | |
---|---|
türk. Zülfü Livaneli | |
Doğum adı | Ömer Zülfü Livanelioğlu |
Təxəllüsü | O. Z. Livaneli[2] |
Doğum tarixi | 20 iyun 1946[1] (78 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | bəstəkar, siyasətçi, kinorejissor, şair, müğənni, yazıçı, ssenarist |
Üzvlüyü | |
livaneli.gen.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Ömər Zülfü Livanelioğlu (türk. Ömer Zülfü Livanelioğlu; təxəllüsü: Zülfü Livaneli; 20 iyun 1946[1], Ilqın[d], Konya ili) — Türkiyə musiqiçisi, ssenaristi, siyasətçisi, yazıçısı və rejissoru.
Ömər Zülfü Livanelioğlu, 1946-cı il iyunun 20-də Konyanın İlgın mahalında anadan olub. Ailənin babası Livanelioğlu Ömer Əfəndi, 93 Harbinde Artvinin ermənilər və ruslar tərəfindən işğalından sonra Ərzuruma gələrək Əhməd Muxtar Paşanın ordusuna qoşulmuşdur. Ömər Əfəndi usta rütbəsi ilə Harput Redif Taburuna təyin edildi. Daha sonra bir qarşıdurma əsnasında şəhid olur. Ömər Əfəndinin tək oğlu olan Zülfü Əfəndi, Türkiyənin müxtəlif yerlərində sorğu hakimi olaraq vəzifə yerinə yetirər. Soyad qanunu qəbul edildikdə, Artvin, Yusufeli, Livane Sancakdan gəldiyi üçün atası Livanelioğlu soyadını alır. Zülfü Əfəndi'nin üç oğlu da hakim olmuşdur. Zülfü Livanelinin atası və qardaşların ən böyüyü Mustafa Səbri Livanelioğlu, Yargıtay Başçı Vəkili vəzifəsinə qədər yüksəldmişdir.
ABŞ-da Fairfax Konservatoriyasını bitirmişdir. Zülfü Livanelioğlu bağlama ifa etməyi xalası Nazmiye Yücelin əri olan Turhan Yüceldən, İlgında yaşadığı illərdə və yay tətillərində öyrəndiyində yeznəsi Turhan bəyin ona həyatını dəyişdirəcək bir sərmaye hədiyyə etdiyindən xəbəri yox idi. Zülfü Livaneli musiqisi ilə bir çox milli və beynəlxalq mükafat almış və əsərləri Joan Baez, Maria Farantouri, Maria del Mar Bonet və Leman Sam kimi yerli və xarici sənətkarlar tərəfindən şərh edilmişdir. Mədəniyyət, incəsənət və siyasət sahəsində Türkiyənin əhəmiyyətli adlarından biri olan sənətçi, sənət həyatı boyunca 300-ə yaxın bəstəyə və 30 film musiqisinə imzasını atdı. Türkiyədən qəflətən ayrılaraq İsveçə sürgün illərində qabyuyan daxil müxtəlif işlərdə işləyən Livanelinin ən böyük arzusu bir gün Türkan Şoray ilə tanış olmaq və o zaman Türkiyədə günahlandırılan şəxslərin sığınacaq yeri halına gələn İsveçdə olan məşhur yazar, jurnalist və ya şairlərlə qarşılaşmaq idi. Bugünə qədər "Yer Demir Gök Bakır", "Sis", "Şahmaran" ve "Veda" tammetrajlı filmlərinin rejisoru olub. Valensiya filim festivalında "Qızıl Palma" və 1989'da Montpelier Film Festivalında "Qızıl Antigone" mükafatına layiq görülüb. "Sis", "Avropanın ən yaxşı film mükafat"ına namizəd olmuşdur. Sənətçinin filmləri Türkiyə, ABŞ, Fransa, Almaniya, İsveçrə və Yaponiyada nümayiş olundu və BBC, WDR, İspaniya, Kanada və Yaponiya televiziyaları kimi bir çox televiziya şirkətinə satıldı. 1986-cı ilin oktyabrında Çingiz Aytmatovun dəvəti ilə Federico Major, Yaşar Kamal, Arthur Miller və digər tanınmış sənətkar və mütəfəkkirlərin qatıldığı Qırğızıstan və daha sonra Vengen, Qranada ve Mexikoda toplanan Issık-Kul Forumunda yer aldı. Livaneli, Jack Lang, Vanessa Redgrave, Arthur Miller və Mikis Theodorakis kimi tanınmış insanlarla birlikdə, dünya mədəniyyətinin inkişafı və dünya sənətinin inkişafına töhfə verməyə çalışdı. 1996-cı ildə Parisdə UNESCO tərəfindən səfirlik verilmiş sənətçi Livaneli, 1978-ci ildə "Nazım Türküsü" adlı albomunda Nazım Hikmətin şeirlərinə bəstələdiyi mahnıları toplamışdır. "Arafatta bir çocuk", "Geçmişten Geleceğe Türküler", "Sis", "Orta Zekalılar Cenneti", "Diktatör ile Palyaço", "Sosyalizm öldü mü", "Engereğin Gözündeki Kamaşma" ve "Bir Kedi, Bir Adam, "Bir Ölüm ve Mutluluk", Leylanın Evi, Sevdalim Hayat, Son Ada ve Sanat Uzun, Hayat Kisa, Serenad, Kardeşimin Hikayesi kitablarının müəllifi olan Livaneli, beynəlxalq mədəni dairələrdə tanınır və hörmət edilir. Ömər Zülfü Livaneli, Ülker Hanım ilə evli və bir qızı var. Qızı Aylin Livaneli təhsil və gördüyü bir çox işdən sonra musiqi ilə maraqlanmış və beş albomu işıq üzü görmüşdür. Musiqiyə fasilə verən Aylin Livaneli hazırda xaricdə iqtisadiyyat üzrə təhsil alır. Onun üç kitabı nəşr olunmuşdur. Livaneli vegetariandır. 19 May 1997 tarixində, Ankara Hipodrom meydanında verdiyi konsertə 500.000 adamın qatılmasıyla Türkiyənin ən böyük konsertini həyata keçirmiş ünvanını qazanmışdır.[3]
Livaneli, 1994 yerli seçkilərində Sosyaldemokrat Xalqçı Partiyadan İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd oldu. Anavətən Partiyasının namizədi İlhan Kesici, Refah Partiyasının namizədi Rəcəb Tayyib Ərdoğan və Doğru yol Partiyasının namizədi Bedrettin Dalan olduğu seçkilərdə səslərin 20,3%-ni toplayaraq üçüncü olmuşdur.[4] Rəcəb Tayyib Ərdoğan isə 25,19%-lik səslə Bələdiyyə sədri seçilmişdir. Livaneli, 2002 ümumi seçkilərində Cümhuriyyət Xalq Partiyasının üzvü olaraq millətvəkili seçildi. Partiyanın 13. Fövqəladə Baş Məclisində kifayət qədər imza tapa bilmədiyi üçün prezidentliyə namizəd ola bilməyərək partiya rəhbərliyini ciddi şəkildə ittiham edib istefa etdi. Livaneli, istefasını izah edərək belə dedi: "CHP rəhbərliyi, Atatürkün dünyəvi, inqilabçı, populist, müasir və islahatçı xəttinin XXI əsrə daşıya bilmədiyi üçün ölkəmiz çətin bir siyasi mürəkkəbliyə sürükləndi. Bu böyük tarixi və siyasi dəyişmənin qarşısını almaq və CHP-nin inqilabi, islahatçı prinsiplərini özünə qaytarması üçün partiyanın bütün səviyyələrində böyük səylər göstərdim. Lakin təəssüf ki, bu səylər nəticə verməzdi. Partiyada bir-birinə qarşı fikir və insanları məhv etmək vərdişi bu qurultaydan sonrada davam edir. CHP içində qalaraq mübarizə üsulları artıq tükənib. Partiya antidemokratik və oligarxik quruluşa çevrilmişdir".
il | Mükafat / Festival | Kateqoriya | Film | Nəticə |
---|---|---|---|---|
1987 | San Sebastián Millətlərarası Film Festivalı | OCIC Mükafatı | Yer Demir Gök Bakır | Qazandı |
Kann Film Festivalı | Un Certain Regard | Namizəd | ||
1989 | Valensiya Aralıq Film Festivalı | Qızıl Palma | Sis | Qazandı |
Montpellier Aralıq dəniz Film Festivalı | Qızıl Antigone | Qazandı | ||
Avropa Film Festivalı | Ən Yaxşı Film | Namizəd | ||
Antalya Qızıl Portağal Film Festivalı | Ən Yaxşı İkinci Film | Qazandı | ||
2000 | Antalya Qızıl Portağal Film Festivalı | Qızıl Qoza | Qazandı | |
2007 | Antalya Qızıl Portağal Film Festivalı | Ən Yaxşı Musiqi | Mutluluk | Qazandı |
Film Yazarları Dərnəyi Türk Filmi Mükafatları | Qazandı | |||
2008 | Yeşilçam Mükafatları | Qazandı | ||
Ankara Millətlərarası Film Festivalı | Qazandı |