Zəkanın rəmzləri (Tisian)

Zəkanın rəmzləri
Allegorie der Zeit
Zəkanın rəmzləri (1565 – 1570)
Zəkanın rəmzləri (15651570)
Rəssam Tisian
Tarixi 15651570
Ölçüləri 75,5 sm[1] × 68,4 sm[1]
Materialı kətan, yağlı boya
Saxlanıldığı yer Milli Qalereya, London
Vəziyyəti Muzeydə sərgilənir
Saytı nationalgallery.org.uk/p…
digi.ub.uni-heidelberg.de/…
wga.hu/html/t/tiziano/10…
İnventar nömrəsi NG6376[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zəkanın rəmzləriİtaliyalı məşhur rəssam Tisian tərəfindən 1565-1570-ci illərdə kətan üzərində yağlı boya ilə çəkilmiş alleqorik rəsm əsəri. Əsər Londonda, Milli Qalereyada saxlanılır.

Əsərdə üç müxtəlif heyvan (canavar, şirit) başı üzərində üç istiqamətdə baxan insan başları təsvir edilmişdir. Üç insan başı Sfinksin məşhur müəmması kimi, insanın üç yaş dövrünün (gənclik, yetkinlik və qocalıq) rəmzləri kimi təsvir edilmişdir.

Əsərdə təsvir edilən insanlardan birinin rəssamın oğlu Orazio, digərinin Tisianla birgə çalışan gənc xalası oğlu Marko Veçellio, üçüncünün isə rəssamın özü olduğu güman edilir[2]. Tisian 1567-ci ildə də avtoportretini çəkmişdi və həmin əsərlə "Zəkanın rəmzləri" müqayisə edilir. Digər üzlər də həmçinin Tisianın həmdövr əsərlərindəki başqa simalarla müqayisə edilir.

Bu əsər Tisianın şüarı olan yeganə əsəridir: "EX PRAETERITO/PRAESENS PRUDENTER AGIT/NE FUTURA ACTIONẼ DETURPET" – Keçmiş təcrübədir, gələcəyinin qənaətbəxş olması üçün bu gün ehtiyatlı ol!

  1. 1 2 3 4 5 http://www.nationalgallery.org.uk/paintings/titian-and-workshop-an-allegory-of-prudence.
  2. Erwin Panofsky, Titian's "Allegory of Prudence", A Postscript, in Meaning in the Visual Arts, Doubleday/Penguin, 1955