Zəkəriyyə əl-Ənsari | |
---|---|
İmam Zəkəriyya əl Ənsari زكريا الأنصاري | |
Doğum tarixi | 1420 |
Vəfat tarixi | 1520[1] |
Vəfat yeri | |
Elm sahələri | fiqh, təfsir, sufilik |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Zəkəriyyə əl-Ənsari (1420 – 1520[1], Qahirə) — Misir tarixçisi, alimi.
O, Zeynuddin Zəkəriyya ibnu Muhəmməd ibnu Zəkəriyya əl Ənsari əs Süneyki əl Əzhəri əş Şafidir. Künyəsi Əbu Yəhyadır. Misirdəki Süneykə deyilən bölgəyə nisbət edilir.
İmam, Hicri 823 və ya 824-cü ildə Süneykədə anadan olmuşdur. Bəziləri də hicri 826-cı ildə doğulduğunu deyir. Süneykədə kiçik yaşda Quranı əzbərləyir, fiqhi elmlərə sahib olur. Sonra 841-ci ildə Əzhar Universitetinə daxil olur. Orada bir çox mətnləri əzbərləyir. Bundan başqa Zəkəriyya əl Ənsari bir çox alim və məşəyixdən dərs alır. Elm dənizi insanlar arasında püxtələşir. Onlar arasında İmam Zeynuddin Əbu Nəim Rizvan ibnu Muhəmməd ibni Yusif əl Uqəbi əş Şafi də var. Ona Quranı yeddi mütəvatir qiraət üzərə oxuyur. Bundan başqa İmam Şafinin müsnədin İmam Müslimin səhihini də ona dinlədir. Eləcə də Nəsainin Sünənus Süğrasını dinlədir. Eləcə də Hafiz ibnu Həcər əl Əskəllanidən də dərs alır. İbnu Həcər ona dərs verməsi üçün bəzi icazətlər də verir. Həmçinin Əbdürrəhman ibnu Muhəmməd əz Zərkəşi əl Hənbəlidən də faydalanmışdır.
İmam Zəkəriyya əl Ənsari hicri 926-cı ildə Zilhiccə ayında 103 yaşında vəfat etmiş və böyük bir qalabalıqla cənazəsi müşayət edilmişdir.
İmam Zəkəriyya əl Ənsari bir çox alimdən dərs almışdır. Acizanə araşdirmam nəticəsində şeyxlərindən otuzdan yuxarı şeyxin ismini gördüm. Biz yenə ixtisar yolunu tutaraq bir qismini qeyd edirik.
Bu alimin fəzilətini anlamaq üçün yetişdirdiyi tələbələrə baxmaq yetərlidir. Onlardan bəziləri bu sadalayacağımız zatlardır.
Allahın bərəkəti ilə Şeyxi Zəkəriyya əl Ənsari bir çox sahədə əsərlər qələmə almışdır. Onlardan bəziləri bunlardır.
İbnu Həcər əl Heytəmi deyir:"O (Zəkəriyya əl Ənsari) gözümün gördüyü əməl edən alimlərin ən ucasıdır. Allahın insanlar üzərində höccətidir. Şafi məzhəbinin bayrağını daşıyandır". İmam Süyuti deyir:"O, qələmində, əməlində və elmində ciddi birisi idi. Dinində böyük bir mətanətlə, ona aid olmayan şeyləri tərk etməklə, böyük bir təvazu və yumşaqlıqla və dilini sükutla qoruyaraq insanlara oxudaraq fətva verərək və yazaraq çox fayda verdi. Bundan başqa elm əhlinin ona öygüsü olduqca çoxdur.