Bu məqaləni vikiləşdirmək lazımdır. |
Çakinin lənəti | |
---|---|
ing. Curse of Chucky | |
Janr | Qorxu filmi |
Əsas mövzu | disfunksional ailə[d] |
Rejissor | Don Mançini |
Ssenari müəllifi | Don Mançini |
Baş rollarda |
Fiona Durif Bred Durif Aleks Vinsent Sammer H. Hauell |
Operator | Maykl Marşall |
İstehsalçı | Universal 1440 Entertainment |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2 avqust 2013[1], 24 oktyabr 2013[2] |
Müddət | 97 dəqiqə |
Büdcə | $5 milyon |
Gəlir | 3.2 milyon |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 2013 |
Əvvəlki film | Çakinin nəsli |
Rəng | rəngli |
IMDb | ID2230358 |
Çakinin lənəti (ing. Curse of Chucky) — 2013-cü ildə istehsal olunmuş ABŞ filmidir. Filmin distribütori "Universal Studios Home Entertainment" kinokompaniyasıdır.[3][4]
Cavan qız Nikanın anası ölür. Hamı onun özünü öldürdüyünü güman edir. Lakin Nika bu hadisəyə şübhə ilə yanaşmağa başlayır. Onu dəstəkləmək məqsədilə Nikanın evinə, böyük bacısı Barbara, qızı Elis, həyat yoldaşı Yan, keşiş olan Ata Frenk və dayə Cill köçür. Bu müddətdə Nikanın evinə kuryerlərdən biri gəlir və ona naməlum ünvandan qutu gətirir. Bu qutunun içində Çaki adlı oyuncaq olur. Oyuncaq Barbaranın qızı Elisin xoşuna gəlir və onu özünə götürür. Əslində, Çaki sağdır və əvvəlki illərdə gördüyü işləri başa çatdırmaq niyyətindədir. Gecə vaxtı Çaki Ata Frenkin yeməyinə zəhər qatır. Ata Frenk avtomobil qəzasında ölür.
Nika internetdə Çaki termini üzrə axtarışlar apararaq, Çarlz Li Rey haqqında məlumatlar əldə edir. Bu müddətdə Çaki Cillin otağına daxil olur. Cill onu görən zaman Çaki yağış suyu ilə dolu olan vedrəni itələyir və su Cillin ayaqları altındakı naqilin üzərinə yayılır. Cill cərəyan keçirərək ölür. Bu zaman Barbara Elisi yoxlamaq üçün otağına gedir. Bu zaman Çaki Barbaranı öldürür. Barbaranın səsini eşidən Nika otağına getmək istəyir. Lakin bu zaman Barbaranın bədəni onun üzərinə düşür. Həyəcan içində olan Nika Yanı yuxudan oyadır. Yan Barbaranın öldüyünü görür və Nikanı qaraja aparır. Yan evə qayıdır və Elisi axtarmağa başlayır. Lakin tapmadığını görüncə yenidən qaraja qayıdır və Nikadan şübhələnməyə başlayır. Nika isə bu qətlin Çakinin törətdiyini israr edir. Yan Çaki oyuncağına əvvəlcədən kamera quraşdırmışdır. Bu kameranın sayəsində Yan Elisin saxlandığı yeri görür və Çakinin sağ olduğunu başa düşür. Lakin bu zaman Çaki onu öldürür. Nika ona müqavimət göstərməyi bacarsa da, Çaki balkondan ilk mərtəbəyə itələyir.
Nika ondan bu qətllərin nə üçün törətdiyini soruşur. Çaki xatirələrini yada salaraq, ona ətraflı şəkildə danışmağa başlayır. Məlum olur ki, Çaki Saranın ailəsi ilə dostluq etmiş və onu sevmişdir. Saranın isə Nikanı bətnində gəzdirirdi. Çaki Saranın həyat yoldaşını öldürərək, Saranı oğurlamışdır. Lakin bir müddət sonra Çaki polislərin Saranın sayəsində yerini tapdığını öyrənir və ona möhkəm zərbə endirir. Bu zərbədən Sara ölür və dünyaya gələcək övladının xəstə olmasına səbəb olur. Çaki isə polislərdən qaçaraq, Vudu sehri sayəsində oyuncağa daxil olur. Çakinin sağ qalması uzun çəkmir və həmin müddətdə polislər tərəfindən öldürülür. Çaki Saranın ailəsindən intiqam almaq üçün geri dönmüşdür.
Bu zaman Çaki Nikanı öldürmək istəyir. Lakin polislər tez bir zamanda evə daxil olur. Polislər Barbaranın ölmüş bədənini və Nikanı müşahidə edirlər. Bu hadisədən sonra Nikanı psixiatrik xəstəxanaya aparırlar. Çakini özü ilə birgə avtomobilinə aparan polis onun nəfəs aldığını görür. Bu zaman arxa oturacaqda gizlənmiş Tiffani polisi öldürür və Çaki oyuncağını müşahidə edir. Elis nənəsi ilə birgə yaşayır. Məktəbdən gələn zaman Elis Çakini görür. Çaki ona oxuyacağı mahnının təkrarlaması istəyir. Bu zaman Çaki Elisin bədəninə daxil olacaqdır.
Digər sonluqda baş verən hadisələr üzərindən altı ay keçdiyi göstərilir. Çaki Elisin bədəninə sahib olmaq istəmiş və nəticəsi uğursuzluqla başa çatmışdır. Kuryerlərdən biri Endi Barklaya qutu gətirir. Endi anasının zənginə cavab verən zaman Çaki qutudan çıxmağa çalışır. Çaki Endinin ailəvi şəkillərini müşahidə edir. Çaki ona tərəf dönən zaman gözlənilmədən Endini silahla görür və Endi ona atəş açır.