Çane-6 | |
---|---|
İstehsalçı | Çin Milli Kosmik Agentliyi |
Ölkə | ÇXR |
Çıxarıldığı tarix | 3 may, 2024 |
Orbiti tərk etməsi | 20 iyun, 2024 (təxmin edilən) |
Vikianbarda əlaqəli mediafayllar |
Çane-6 — Çin Milli Kosmik Agentliyi tərəfindən Ayın qaranlıq sahəsinə göndərilmiş kosmik aparat. Çane-6, 3 may 2024-cü il tarixində Çinin Haynan əyalətindəki "Venchanq" Kosmik Aparatın buraxılış mərkəzindən kosmosa göndərilib.
Ümumilikdə 53 gün davam edəcək missiya çərçivəsində kosmik gəminin Ayın naməlum qaranlıq hissəsindən qaya və torpaq nümunələrinin toplanaraq tarixdə ilk dəfə olaraq yerə qaytarılması planlaşdırılır. Kosmik gəminin Aya endikdən sonra 2 gün ərzində 2 kiloqram nümunə toplayacağı ehtimal edilməkdədir.[1][2]
"Çane-6" vasitəsilə toplanan nümunələrin elm adamlarına Ayın və Günəş sisteminin təkamülünü yenidən araşdırmaqda kömək edəcəyi və Çinin Ay hədəflərini irəlilətmək üçün vacib məlumatlar təmin edəcəyi hədəflənmişdir.
02:12 UTC[3]