Çankaya köşkü

Çankaya köşkü
Xəritə
39°53′21″ şm. e. 32°51′52″ ş. u.HGYO
Ölkə
Tikilmə tarixi 1932
Memar Vədat Tək
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çanqaya köşküTürkiyənin paytaxtı Ankarada yerləşən və siyasi-mədəni əhəmiyyətə sahib memarlıq nümunəsidir

Bu köşk uzun illər Türkiyə Cümhuriyyəti rəhbərlərinin iqamətgahı olmuşdur. Köşk Qızılay meydanından 5 km. Şərqdə və 1.77 km² ərazidə yerləşir. İctimaiyyətə bağlıdır.

Atatürk muzey köşkü kimi tanınan və kompleksə daxil olan ilk tikilidir.

Ankarada yaşayan bir erməni tacir tərəfindən XIX əsrin sonlarında tikilmişdir. Şəhərin varlı ailələrindən olan Bulgurzadələrin əlinə keçən bağevi Kasapyan köşk adı ilə tanınır. Köşk Atatürkə hədiyyə olaraq verilir. Belə ki, Ankara Müftisi Rüfət Əfəndinin səyləri nəticəsində əhali arasında 4500 türk lirəsi yığılaraq köşk Bulgurzadələrdən alınır və Mustafa Kamala hədiyyə edilir.

Mustafa Kamal Atatürk burada 1921–1932-ci illər arasında yaşayıb. Həmçinin anası Zibeydə xanım və həyat yoldaşı Lətifə xanım da burada qalmışlar. Binanın bugünkü halına gəlməsi isə 1924-cü ildə memar Vedat və memar Arif Hikmətin etdiyi əlavələrin nəticəsində mümkün olmuşdur.

Mustafa Kamal Atatürk bu köşkdə bütün xarici və daxili qonaqları qəbul etmişdir.