şəhər | |
Çansa | |
---|---|
ing. Changsha | |
28°14′ şm. e. 112°56′ ş. u.HGYO | |
Ölkə | ÇXR |
Tabesində | Xunan |
Tarixi və coğrafiyası | |
Sahəsi | 11,819 km² |
Mərkəzin hündürlüyü | 63 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 7,431,800 nəfər (2015) |
Sıxlığı | 630 nəf./km² |
Milli tərkibi | Xan 99.22% , etnik azlıqlar 0.78% |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +86 731 |
Poçt indeksi | 410000 |
Nəqliyyat kodu | 湘A, 湘O (полиция и местные власти) |
Digər | |
changsha.gov.cn | |
Vikianbarda əlaqəli mediafayllar |
Çansa — Çində şəhər. Xunan əyalətinin inzibati mərkəzi.[1]
Əhalisi 1,33 mln. (2003).[1]
Syantszyan çayı sahilində port. Nəqliyyat qovşağı.[1]
Çansa Çinin ən qədim şəhərlərindən biridir. E.ə. 5 əsrdən Çansanın yerində yaşayış məskənləri olmuşdur. Çjanqo dövründə (e.ə. 5–3-cü əsrlər) mühüm siyasi rol oynamış Çu çarlığının formalaşması mərkəzlərindən biri idi. Bu dövrə aid dəfn yerlərində aparılan qazıntılar özünəməxsus Çu mədəniyyətinin əsas cəhətlərini (lak, ağac və tuncdan hazırlanmış məmulatlar) bərpa etməyə, rənglənmiş insan heykəlciklərinin tapıntıları isə əhalinin fiziki tipi haqqında təsəvvür yaratmağa imkan verir. Çansanın yaxınlığında üzərində dövrümüzə qədər gəlib çatmış ən qədim Çin mətnləri yazılmış bambuk tamasalar aşkar edilmişdir. Sin sülaləsi dövründə [e.ə. 221–207] Çansa dairə mərkəzi, sonralar müxtəlif vaxtlarda dairə, vilayət və ya qəza mərkəzi olmuşdur. Xan sülaləsi dövründə [e.ə. 3 əsr – eramızın 3 əsri] Çansada üzəri lakla örtülmüş məmulatların və tunc güzgülərin istehsalı inkişaf etmişdi (sonralar Çinin digər rayonlarına da yayılmışdı). Sin sülaləsi [ 1644–1912] dövründə və sonra Xunan əyalətinin əsas şəhəri idi. 1904-cü ildə burada Çində ilk inqilabi təşkilatlardan biri olan Xuasinxoy yaradılmışdı. 1910-cu ildə Çansada "çəltik qiyamı" adlı xalq üsyanı baş vermişdir. 1925–27-ci illər inqilabı dövründə Çansa. kütləvi inqilabi hərəkat mərkəzlərindən biri idi. 1941 və 1944–45-ci illərdə Çansa yapon qoşunları tərəfindən işğal olunmuşdu. Sonralar qomindançıların nəzarəti altına keçmişdi. 1949-cu ilin avqustunda Çin Xalq Azadlıq Ordusu tərəfindən azad edilmişdir.[1]
İnkişaf etmiş kənd təsərrüfatı rayonu mərkəzidir. Çəltik bazarıdır. Yüngül və yeyinti sənayesi müəssisələri fəaliyyət göstərir; polad, alüminium, dəzgah, elektrik və sənaye avadanlığı, vaqon, gübrə istehsal olunur.[1]