Çar bombası | |
---|---|
Ölkə | |
İstehsal tarixçəsi | |
Konstruktor | Yuli Xariton |
Konstruksiya tarixi | 1956 |
İstehsalçı | Sovet Sosialist Respublikaları İttifaqı |
Xüsusiyyətləri | |
Ağırlığı | 27 t |
Uzunluğu |
|
Eni | 2.100 mm |
Vikianbarda əlaqəli mediafayllar |
Çar bombası (rus. Царь-бомба) — tarixdə sınaqdan keçirilmiş ən güclü nüvə silahı olan AN602 adlı hidrogen bombasının kod adı. Bu silah 30 oktyabr, 1961-ci ildə Novaya Zemlya adasında, Suxoy Nos məntəqəsində sınaqdan keçirilmişdir. SSRİ-də yaradılmış bu silah 50-58 meqaton gücündə olub. Buna bəzən Kuzkinanın anası da deyirlər. Bu rus sözü olub "Biz sizə göstərərik!" mənasına gəlir və Nikita Xruşşov tərəfindən 1960-cı ildə BMT baş assambleyasında ABŞ-yə öz nüvə potensialını göstərmək kimi işlədilir.
Çar bombasının müxtəlif kod adları vardır. Bunlar Proyekt 700, RDS-200, RDS-202, AN602, Vanya kodadı, Böyük İvan, Kuzkinanın anası və s. adlar daxildir.
Çar bombası üç mərhələli "Teller-Ulam" tipli termonüvə silahı kateqoriyasına aiddir. Bu silah Naqasaki və Hiroşima şəhərlərinə atılan nüvə silahlarından 1350-1570 dəfə, İkinci dünya müharibəsi dövründə partladılmış bütün silahlardam 10 dəfə, 1883-cü ildə püskürmüş Krakatau vulkanının 25%-i, bütün nüvə sınaqlarını isə 10%-i gücündə olub.
İlkin olaraq silahın gücünün 100 meqatona çatdırılması planlaşdırılırdı, amma zərbə dalğasının güclü, radioaktiv çöküntünün isə normadan yüksək olacağı qənaətinə gələrək dizaynerlər üçüncə və çox gümanki ikinci partlayış mərhələsinidən uranium-238-i neytron reflektoru ilə əvəz etdilər. Bunun nəticəsində radioaktiv çöküntü minimuma endirildi və bu tarixdə ən "təmiz" nüvə silahı olaraq sınaqdan keçirlidi.
Silahın komponentləri akademik Yuli Xariton, Andrey Saxarov, Viktor Adamski, Yuri Smirnov və Yuri Trutnev tərəfindən yaradılmışdır. Sınaqdan sonra Saxarov nüvə silahlarının istifadəsi əleyhinə çıxış etdi və bu da onu Sovet dissidentləri sırasına qatdı.
Çar bombası sınaq ərazisinə modifikasiyalaşdırılmış Tu-95V təyyarəsi vasitəsilə çatdırılmışdır. Kola yarmadasından qalxan təyyarə çəkiliş aparan Tu-16 təyyarəsi ilə bir yerdə istilik zərbəsini minimuma endirmək üçün xüsusi reflektorlu ağ boya ilə rənglənmişdi.
Bombanın çəkisi 27 ton, uzunluğu isə 8 metr idi. Buna görə silah təyyarənin daxiluinə yerləşmirdi. Bu səbəbdən onu təyyarənin altına bərkitmişdilər. Bombaya əlavə olaraq 800 kiloqram ağırlığında paraşüt bağlanmışdı. Bu təyyarə heyətinə partlayış mərkəzindən 45 kilometr uzaqlaşmağa şərait yaratmışdı.
Bomba Moskva vaxtı ilə 11:32-də partladıldı. Alov kürəsi 1000 kilometr məsafədən seçilirdi. Göbələk buludu 64 kilometr hündürlüyə yüksəlmişdi. Bu o deməkdir ki, nüvə buludu Stratosfer və Mezosfer təbəqələrinə qədər yüksəlmişdi. Yaxınlıqda yerləşən yaşayış məntəqələri dağılmış, radioəlaqə 1 saat müddətində kəsilmişdi. Sınaq iştirakçılarında biri 270 kilometr məsafədən partlayış işığını görmüş və müvəqqəti olaraq kor olmuşdu. Zərbə dalğası Norveç və Finlandiyada hiss edilmişdi. 700 kilometr məsafədə yerləşən Dikson qəsəbəsində evlərin şüşələri qırılmışdı.
Çar bombası bəşəriyyət tərəfindən icad edilmiş ən güclü silahdır. Müqayisə üçün ABŞ-də sınaqdan keçirilmiş "Bravo qəsri" silahı 25 meqaton gücündə olub. Belə silahlar əsasən uzaq-mənzilli ballistik raketlər və ya təyyarələr vasitəsilə hədəfə çatdırılır. Bu tip nüvə silahları əsasən iri şəhərləri və ya müəyyən regionları məhv etmək üçün istifadə olunur.