Çarlz Bronson və ya Çarlz Dennis Buçinski (d. 3 noyabr 1921 – 30 avqust 2003) — Litvatatarı kökənli amerikalıaktyor. O, tez-tez intiqam motivlərinə əsaslanan senarilərə malik filmlərdə polis məmuru, silahlı döyüşçü rollarında oynamışdır. Uzun müddət film direktorları olan Maykl Vinner və Li Tomsonla birlikdə çalışmış və ikinci həyat yoldaşı Jill İrlandla birlikdə 15 filmə çəkilmişdir.[6]
Öz şöhrətinin zirvəsinə 1970-ci illərin əvvəllərində çatmışdır. Bu dövrdə o, bir filmə çəkilmək üçün qonarar kimi 1 milyon dollar qazanmışdır.
15 auşaqlı ailədə 11-ci uşaq olaraq Pensilvaniyada dünyaya gəlmişdir. Həm ana, həm də ata tərəfdən Litva kökənlidir. Hətta evlərində ancaq Litva dili və rusca danışıldığı üçün ingilis dilini yalnız gənclik illərində öyrənə bilmişdir.[7][8][9] Kasıb ailənin övladı olan Branson atasını gənc yaşlarında itirdikdən sonra çox fərqli işlərdə çalışmağa məcbur olmuşdur.[10]II Dünya müharibəsindəABŞ ordusunda xidmət etmişdir. Bronsonun Xiroşimaya atılan nüvə bombasından əvvəl edilən hava bombardman hücumunda B-29 mexaniki silahında tüfəngçilik etdiyi məlumdur.[11]
1968-ci ildə evləndiyi aktrisa Cill İrlanddan 1 qızı oldu. Katrina və Ceyson adlı iki uşağı övladlığa götürdülər. Ceyson 27 yaşındaykən yüksək dozada uyuşdurucu qəbul etdiyinə görə həyatını itirdi. 1990-da həyat yoldaşı Cillin sinə xərçənginə görə zamansız olumu Bronsona dərindən təsir elədi. 1990-cı illərin sonlarına doğru altsheymer xəstəliyi kimi sağlamlıq problemləri yarandı.
Bronson 1 sentyabr 2003-də həftələrcə müalicə aldığı tibb mərkəzində 81 yaşında vəfat etdi. Bronsonun reklam və xalqla əlaqə əlaqələr üzrə səlahiyyətli şəxsi lori Conas məşhur aktyorun ağciyər iltihabından vəfat etdiyini bildirmişdir.
Müharibədən sonra yenə müvəqqəti işlərdə çalışmağa başlayan aktyorun bir teatr qrupuna daxil olduqdan sonra həyatı dəyişmişdir. 1951-ci ildən etibarən filmlərə çəkilməyə başlamışdır. İlk əsas rolunu 1958-ci ildəki "Maşın-gun Kelly" filmində oynamışdır.
1960-cı ildə "Yeddi samuray" filminin amerika versiyası olan "Möhtəşəm yeddili" filmində rol almışdır. Bu illərdə daha çox vertern filmlərində rol alan Bronsonun ən mühüm işləri 1967-ci il istehsalı "The Dirty Dozen" və 1968-ci il istehsalı Sergio Leone filmi Bir zamanlar Qərbdə idi.[12] Bu dövrdə daha çox Avropa şirkətləri ilə çalışmışdır. 1974-cü ildə "Death Wish" filmində baş rolda oynamış və bu filmdə oynadığı Paul Kersey çox məşhurlaşdı. İrəliləyən illərdə filmin 4 seriyası daha çəkildi və hamısında Bronson oynadı. 1980-ci illərdə aşağı səviyyəli macəra filmlərində oynaması səbəbilə yavaş-yavaş gözdən düşdü.[13]
↑Lardine, Bob. "Big Bad Bronson". The Miami Herald. New York News Service. March 18, 1973. 1H. İstifadə tarixi: February 10, 2020 – Newspapers.com vasitəsilə.