Çarlz Pirr Kebell | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 oktyabr 1903[1] |
Doğum yeri | |
Vəfat tarixi | 25 may 1971[2] (67 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | ABŞ Hərbi Hava Qüvvələri |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Çarlz Pirr Kebell (azərb. Charles Pearre Cabell; 11 oktyabr 1903[1], Dallas – 25 may 1971[2], Arlinqton dairəsi, Virciniya) — ABŞ hərbçisi və kəşfiyyatçısı. O, ABŞ Hərbi Hava Qüvvələrinin generalı və Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini (1953–1962) olmuşdur.
Çarlz Pirr Kebell 11 oktyabr 1903-cü ildə ABŞ-də, Texasın Dallas şəhərində anadan olmuşdur. [4] [5] O, Dallasda Oak-Kliff Liseyində oxumuş və 1925-ci ildə Vest-Poyntı bitirmişdir.[5][6]
23 aprel 1953-cü ildə, hələ də aktiv hava qüvvələri zabiti olduğu dövrdə Kabell Allen Dalles rəhbərliyi altında MKİ direktorunun müavini təyin edilmişdi. 1956-cı ildə Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Richard Bissell ilə birlikdə o, Qərbi Almaniya kansleri Konrad Adenauerə ultra məxfi U-2 casus təyyarəsi haqqında məlumat vermək üçün Bonna səfər etmişdi. Kabell şəxsən Kansler Adenauerlə U-2-nin Visbadendə yerləşdirilməsi və oradan da SSRİ üzərindən qeyri-qanuni uçmaq üçün icazə almaq üçün danışıqlar aparmışdı. Məhz U-2 proqramı Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Allen Dallesə Xruşşov və Eyzenhauer arasında keçirilən sülh sammitini pozmağa imkan vermişdi.[7]
Kabell 1958-ci ildə tam general rütbəsinə yüksəlmiş[8] və 31 yanvar 1962-ci ildən etibarən həqiqi hərbi xidmətdən təqaüdə çıxmışdı.[9]
Cabell , Donuzlar Körfəzinin işğalının uğursuzluğundan sonra 31 yanvar 1962-ci ildə prezident Kennedi tərəfindən direktor müavini vəzifəsindən istefa verməyə məcbur oldu. [10] Kennedi bu şəhəri ziyarət edərkən və 22 noyabr 1963-cü ildə öldürüləndə Cabellin qardaşı Erl Kabell Dallasın meri idi [11] .
ABŞ Prezidenti Con Kennedinin öldürülməsi ilə bağlı fərziyyələrdən biri Kabell və bir neçə digər MKİ rəsmilərinin iştirakı ilə bağlıdır.[12]