Çarış çayı

Çarış çayı
c.alt. Чара́с
Ölkə  Rusiya
Mənsəbi Ob
Uzunluğu 547 km
Su sərfi 192 m³/s
Hövzəsinin sahəsi 22200 km²
Çarış çayı (Rusiya)
mənbəyi
mənsəbi
Çarış Rusiyanın fiziki xəritəsində:

50°39′22″ şm. e. 84°51′10″ ş. u.HGYO

52°21′40″ şm. e. 83°43′20″ ş. u.HGYO
DSR[rus.] 13010200312115100008801
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ob çayının hövzəsi

Çarış (Çaras[1]) — Rusiya ərazisindən axan çay. Çay Obun sol qolunu təşkil edir. Altay RespublikasıAltay diyarının ərazisindən axır.

Çayın uzunluğu 547 km, su hövzəsinin sahəsi isə 22 200 km² təşkil edir.

Çay öz başlanğıcını Korqon silsiləsindən götürür. Yuxarı axarlarda ensiz və day yatağa sahibdir. Nisbətən düzənliklərdə isə yatağı genişlənir. Çayın yatağı boyunca aşağı doğru çoxlu astanalar müşahidə edilir. Mənsəbində Ust-Çarış Pristan kəndi yerlışir.

Çarış çayının sol sahilində, şimal hissədə, Tiqires Silsiləsində Çarıq mağarası qərarlaşır[2].

Su sərfiyyatı

[redaktə | vikimətni redaktə et]

Yay ayları çayın aşağı axarlarında suyun temperaturu +20°, yuxarı axarlarda isə olduqca soyuq olur. Buzla örtülmə dövrü noyabrın sonlarından aprelin əvvəllərinə qədər davam edir. Çayın qidalanmasının əsasını qar suları təşkil edir. Orta su sərfiyyatı 192 m³/s təşkil edir. Aşağı axarları oktyabrın sonlarından donmağa başlayır, yuxarı axarlarda dekabrda donur. Bəzi hallarda martın sonlarından belə buzdan azad ola bilir.

Gursululuq dövrü aprel-iyul aylarına təsadüf edir. Gursululuq bitdikdən sonra çayış sularınln artması ilə əlaqədar su basmalar baş verə bilir. Maksimal səviyyəyə aprelin sonları çatır. Burada suyun səviyyəsi 5 metr qalxır. Yuxarı axarlarda isə suyun səviyyəsi cəmi 2,5 m qalxa bilir. Buzla örtüldüyü zaman buzun qalınlığı 1,5 metrə çata bilir[3].

Yaşayış məntəqələri

[redaktə | vikimətni redaktə et]

Çarışın axarı boyunca olan yaşayış məntəqələri: Beloqlazovo, Ust-Kan, Çarışskoe, Krasnoşyoekovo, Ust-Kalmaka.

Canlılar aləmi

[redaktə | vikimətni redaktə et]

Hövzəsindəki ərazinin meşərlə örtülməsi bir çox calıların məskunlaşmasına səbəb olur. Burada ayı, tülkü, kirpi, csnavar, dovşan, maral, sığın, dələ, quşlardan bayquş, kəklik, turac kimilərini görmək olur. Suları isə balıqlarla zəngindir. Sahillərində müxtəlif növ göbələklər, şam, küknar, tozağacı və s. bitir

Faydalı qazıntıları

[redaktə | vikimətni redaktə et]

Çarım çayının axdığı dağlar zəngin yataqlara sahibdir. Burada dəmir filizi və polimetallar vardır. Üstəlik qiymətli Yaşma daşı mövcuddur. Hətta əvvəllər Staro-Çaqır[4] və Novo-Çaqır yataqları fəaliyyət göstərmişdir.

Ust-Kalmanka kəndindən 80 km yuxarıya doğu kiçik paraxodlarla hərəkət mümkündür. XIX və XX əsrlərdə Çarış mühüm çay nəqliyyatına sahib olmuşdur. Buradan taxıl və kənd təsərrüfatı malları axar boyunca daşınırdı. Burada XX əsr ortalarında yataq dərinləşdirmə tədbirləri həyata keçirilirdi. Hətta Zarya tipli teploxiflar asanlıqla hərəkət edə bilirdi. Hazırda naviqasiya yovdur.

Çarış çayı boyunca yerləşən dağ dərələrində çoxlu ssyda mağaralsr vardır. Bu mağaraların çoxubda qədim insanlar yaşamışdır. Ust-Kan kəndi yaxınlığında qədim insanların yaşadığı düşərgə tapımışdır.

Çarış çayı adrinalin həvəskarlarını özünə gəlb edir. Belə ki, burada astanakarın çoxluğu qayıqla bu iti axarlı sularda hərəkət edən idmançılar üçün əlverişlidir. Kumir — Çarış — Korqon — Çarış çətinliyimə görə beşinci kateqoriyaya aiddir. Çarış çayının özü 2 kateqoriyaya sid edilir.

  1. kk
  2. "Alimlər Altayda yaşamış neandertalların həyatınl canlandırdmışlar". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-12.
  3. "Государственный водный реестр РФ: Чарыш".[ölü keçid]
  4. "Бурштейн Е. Ф.: «Песошное золото» в России: путешествие Матвея Снегирева в 1790 году. — журнал «Природа» № 6, 2012". 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-12.