Çatırdağ yaylası

Çatırdağ yaylası
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1527 m
Sahəsi
  • 90 ha
Yerləşməsi
44°44′52″ şm. e. 34°18′13″ ş. u.HGYO
Ölkə  Ukrayna
Çatırdağ yaylası xəritədə
Çatırdağ yaylası
Çatırdağ yaylası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çatırdağ (ukr. Чатир-Даг, krımtat. Çatır Dağ, Чатыр Дагъ) — Krım yarımadasının cənubunda, dənizdən 10 km aralıda yerləşən yayla. Krım dağlarının əsas sırasını təşkil edir. Əvvəllər silsilələr arasında məsafə böyük olmamışdır. Ancaq Ulu-Üzən və Alma çaylarının eroziya fəaliyyəti nəticəsində bu məsafə artır. Yayla yuxarı və aşağı olmaqla iki platodan ibarətdir. Yuxarı platonda iki zirvə vardır: şərqdə — Anqar-Burun (1453 m) və qərbdə — Əkizli-Burun (1527 m). Yaylanın uzunlu şimaldan cənuba 10 km, şərqdən qərbə isə eni 4 km təşkil edir.

Əkizli-Burun (1527 m)

Massiv klassik kars rayonudur. Burada 200 mağara, şaxtaya sahibdir. Dünyada mağara qarğalarının sayına görə birinci yerdə gedir. Onların burada sayı 1 000-dən çoxdur[1]. Əhəng daşından ibarət olan zirvələrin bəzən hündürlüyü 1000 metri keçir. Burada arqillit, alevrolit və əhəngdaşı kimi suxurlardan təşkil olunmuşdur. Bu tip suxurlar Krımın bütün cənub və cənub-qərb sahilləri boyunca yayılmışdır.

İnsanlar hələ neolit dönəmində yaşayırdılar. Burada əsasən maldar və ovçular yaşqmışdır.

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]

Yuxarı və aşağı platoda məşhur turistik obyektlər yerləşir. Burada Anqar aşırımıMərmər, Əminə-Bair-XosarƏminə-Bair-Koba, Suuk-Koba, Bin-Baş-Koba[2] mağaraları əsas görməli yerləridir.

Çatırdağın aşağı platosunda iki tur baza vardır: birinci mərmər mağarasında, ikinci idəsə keçmiş hərbi hissənin yerində yerləşir. İkinci tur baza platonun şimal-şərqində yerləşir və «Toçka» adlanır.

Nəzarət-Xilasetmə xidmətinin sözlərinə görə Çatırdağın aşağı platosunu hər il 40 min insan ziyarət edir. 1922-ci ildə Çatırdağ ətəklərində Krımın sonuncu canavarı öldürülmüşdür. Bununla belə 2000-ci ilərfə Krımın düzənliklərində yenidən canavarlar müşahidə edilmişdir. Onlar Ukraynanın materik hissəsindən ora daxil olmuşdurlar[3].

Yaylanın müasir adı krımtatar dili məşhəllidir. Dağın mənası «Çadır dağı» anlamındadır. Bununla yanaşı qədim yunan adı «Trapezunt» (q.yun. Τραπεζοῦς ὄρος idiki, buda «Oturacaq dağı» mənasını verir.

Platonun ümumi görünüşü
  1. "Krım yaylası". 2019-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-17.
  2. "Min başlı mağara". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-17.
  3. Новости NEWSru.com :: В Крыму ждут нашествия волков - в заповеднике предложили ввести лимиты на отстрел Arxivləşdirilib 2014-11-12 at the Wayback Machine (rus.)