Çaydüzü

Çaydüzü
41°28′ şm. e. 48°40′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 257 nəf. (2009)
Xəritəni göstər/gizlə
Çaydüzü xəritədə
Çaydüzü
Çaydüzü

Çaydüzü (əvvəlki adı: Novonikolayevka) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsi tərkibindəki Novonikolayevka kəndi Çaydüzü kəndi adlandırılmışdır.[1]

Çaydüzü Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi XIX əsrin axırlarında Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş rus ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim rus əhalisinin tərk edib gəldiyi ərazinin Nikolayevka adının əvvəlinə novo (rus. “yeni”) sözünün əlavə edilməsi ilə yaranmışdır və “yeni Nikolayevka kəndi” mənasındadır.[2]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 257 nəfər əhali yaşayır.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-04.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629