Çeju Beynəlxalq Hava Limanı

Çeju Beynəlxalq Hava Limanı
Xəritə

33°30′41″ şm. e. 126°29′35″ ş. u.HGYO


IATA: CJUICAO: RKPC
Məlumat
Hava limanı tipi İctimai
Ölkə
Yeri Çeju, Çejudo adası, Cənubi Koreya
Açılış tarixi 1968
Operator Korea Airports Corporation
Qovşaq
Dəniz səviyyəsindən
hündürlüyü
36 m / 118 ft
Xəritə
CJU (Cənubi Koreya)
CJU
Aeroportun Cənubi Koreya xəritəsində yeri
Uçuş-enmə zolaqları
İstiqamət Uzunluq Səth
ft m
07/25 10,433 3,180 Asfalt
13/31 6,266 1,910 Asfalt
Statistika (2015)
Təyyarə hərəkətləri158,691
Beynəlxalq sərnişin daşıma1,993,851
Ölkədaxili sərnişin daşıma24,243,711
Ümumi sərnişin daşıma26,237,562
Mənbələr: World Aero Data[1]
Korea Airports Corporation[2]
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çeju Beynəlxalq Hava Limanı (Hanqıl: 제주국제공항, Hanca: 濟州國際空港) (IATA: CJUICAO: RKPC) sərnişin daşıma və təyyarə hərəkətlərinə görə İnçxon şəhərində yerləşən İnçxon Beynəlxalq Hava Limanından sonra Cənubi Koreyanın ikinici ən böyük hava limanı. Çeju şəhərində yerləşir. Rəsmi olaraq 1958-ci ildə Çeju aerodromu olaraq qurulmuş, 1968-ci ildə beynəlxalq hava limanı statusu almışdır.

Çeju Beynəlxalq Hava Limanı Cənubi Koreyada çoxsaylı materik istiqamətləri ilə yanaşı Çin, Honkonq, Yaponiya, Tayvan, TaylandMalaziya kimi beynəlxalq istiqmətlərə də xidmət göstərir. 2015-ci ildə 26.237.562 sərnişin hava limanından istifadə etmişdir.

Hava limanından istifadə edən çox sayda sərnişin və onun məhdud gücü səbəbi ilə cənub şəhəri Soqvipxo yaxınlığında adada 3.8 milyard dollarlıq bir investisiyaya malik ikinci bir hava limanı inşa ediləcəyi açıqlandı. 2025-ci ildə fəaliyyətə başlaması gözlənilir.[3]

1940-cə illərdə Sakit Okean müharibəsi dövründə yaponlar tərəfindən hava limanı kimi hazırlanan uçuş zolağını istifadə edərək 1948-ci ilin may ayından mülki aviasiya fəaliyyətə başlamışdır və 1958-ci ilin yanvar ayında hökumət tərəfindən akreditə edilmiş və rəsmi olaraq Çeju Hava Limanı kimi təsis edilmişdir. Koreya-Yaponiya Aviasiya Müqaviləsinin imzalanmasından sonra, Jeju və Osaka arasındakı marşrut yeni qurulduğu üçün, marşrut 1968 - ci ilin aprelində beynəlxalq aeroporta yüksəldi. Koreya-Yaponiya Aviasiya Müqaviləsinin imzalanmasından sonra Çeju ilə Osaka arasında 1968-ci ilin aprel ayında yeni marşrut qurulduğu üçün beynəlxalq hava limanı statusu aldı.[4][5]

Hava limanı 1979-cu ildən 1983-cü ilə qədər genişləndirildi və indiki ofis binası 1983-cü ildə tamamlandı. Artan sərnişin sayının tələbatını ödəmək üçün sərnişin terminalı 1991-1992-ci illərdə genişləndirildi. 2000-ci ilin avqust ayında ildə 320.000 ton yük qabiliyyətinə malik karqo terminalı tikildi. 2002-ci ilin dekabr ayında Koreya ilk dəfə olaraq ölkə daxili üçüşlar üçün duty-free mağaza istifadəyə verildi. Mövcud sərnişin daşınma qabiliyyətini aşan sərnişinlərin yerləşdirilməsi məqsədilə mövcud sərnişin terminalının sağ tərəfində 17 oktyabr 2006-cı il tarixində qısa müddətli hava limanı genişləndirilməsi siyasətinin bir hissəsi kimi yeni bir sərnişin terminalı qurulmuşdur. Yeni terminal 17 may 2007-ci il tarixində açılmış və 2012-ci ilin iyul ayında mövcud ofis binasının yenidən modellənməsindən sonra illik sərnişin daşıma həcmi 25.470.000 nəfərə çatmışdır.[6]

Hava yolları və istiqamətləri

[redaktə | mənbəni redaktə et]
Hava yolu şirkəti Uçuş nöqtəsi
Air Busan Busan, Tequ,[7] Seul–Qimpo
Air China Mövsümü: Pekin–Paytaxt, Xançjou
Air Pohang Pxoxan
AirAsia X Kuala-Lumpur–Beynəlxalq
Asiana Airlines Busan, Çxondju, Tequ, Kvanju, Çinju, Seul–Qimpo, Yosu
Cathay Dragon Honkonq
China Eastern Airlines Şanxay–Pudun
Mövsümü: Nankin, Ninbo
China Southern Airlines Mövsümü: Çançun, Çansa, Dalyan, Quançjou, Harbin, Şenyan, Şençjen, Uhan, Çjençjou
Eastar Jet Banqkok–Suvarnabhumi, Busan, Çxondju, Kunsan, Seul–Qimpo, Taybey–Taoyuan[8]
HK Express Honkonq
Far Eastern Air Transport Taybey–Taoyuan [9]
Jeju Air Busan, Çxondju, Tequ, Kvanju, Seul–Qimpo
Mövsümü: Honkonq,[10] Fukuoka
Jin Air Busan, Çxondju, Kvanju, Seul–Qimpo, Şanxay–Pudun
Mövsümü: Banqkok–Suvarnabhumi, Sian
Korean Air Pekin–Paytaxt, Busan, Çxondju, Tequ, Quiyan, Kunsan, Kvanju, Çinju, Osaka–Kansay, Seul–Qimpo, Tokio–Narita, Vondju, Yosu
Loong Air Sian[11]
Philippine Airlines Mövsümü: Manila
Shenzhen Airlines Mövsümü: Nantun, Şençjen[12]
Spring Airlines Xançjou, Harbin, Ninbo, Şanxay–Pudun, Şenyan, Şitszyaçjuan, Tyantszin, Yançjou
T'way Airlines Tequ, Kvanju, Muan, Osaka–Kansay, Seul–Qimpo, Tokio–Narita
Tianjin Airlines Mövsümü: Tyantszin
Tigerair Taiwan Taybey–Taoyuan

Qəzalar və hadisələr

[redaktə | mənbəni redaktə et]

10 avqust 1994-cü ildə Korean Air reys 2033 Çeju Beynəlxalq Hava Limanına enməyə cəhd edərkən uçuş zolağından kənara çıxdı. Təyyarədəki 160 nəfərin hamısı qəzadan qurtuldu.[13]

28 iyul 2011-ci ildə Asiana Airlines reys 991 uçuş zamanı yanğınla üzləşdi və Çejuya yönəlmək istəyərkən qəzaya uğradı. Hər iki pilot öldü.[14]

  1. World Aero Data saytında RKPC hava limanı üçün məlumat.
  2. "KAC 한국공항공사". 20 dekabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 may 2016.
  3. Kim, jong-wook. "The second Jeju international airport will be open in 2025". 2015-11-10. 2019-04-10 tarixində arxivləşdirilib.
  4. "제주비행장을 국제공항으로". 동아일보. 1968-03-05. 2021-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-03.
  5. "제주·오사카 간 신설". 매일경제. 1968-03-05. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-03.
  6. 제주공항 확장사업 5년 만에 완료 Arxivləşdirilib 2021-01-16 at the Wayback Machine 이데일리, 2012.7.6.
  7. Air Busan Adds New Routes from Daegu in 16Q3 Arxivləşdirilib 2018-06-14 at the Wayback Machine Routesonline. 14 June 2016.
  8. "Eastar Jet adds Jeju – Taipei route from late-Sep 2018". routesonline. 17 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 September 2018.
  9. "Arxivlənmiş surət". 2018-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-03.
  10. Jeju Air adds Jeju – Hong Kong route in 3Q18 Arxivləşdirilib 2018-06-24 at the Wayback Machine Routesonline. 31 May 2018.
  11. "Loong Airlines adds Xi'An – Jeju from Sep 2018". routesonline. 2 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2018.
  12. Shenzhen Airlines Adds New Routes to Jeju from late-April 2016 Arxivləşdirilib 2018-07-14 at the Wayback Machine Routesonline. 8 April 2016.
  13. Ranter, Harro. "ASN Aircraft accident Airbus A300B4-622R HL7296 Cheju Airport (CJU)". aviation-safety.net. 2014-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-15.
  14. "Official: Pilot on crashed South Korean cargo plane reported fire in final moments | Macleans.ca - Canada - Features". 2014-01-25. Archived from the original on 2014-01-25. İstifadə tarixi: 2018-07-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]