«Çellencer» (ing. Challenger; mənası – «Meydan oxuyan») — NASA-nın istifadə etdiyi ikinci şattl. İlk uçuşunu 4 aprel 1983-cü ildə etmişdir. Yerin orbitində doqquz əlavə uçuş etmişdir. 28 yanvar 1986-cı ildə (10-cu və son uçuşu) qalxışdan 73 saniyə sonra partladı və beş peşəkar kosmonavt və iki müəllimdən ibarət yeddi ekipaj üzvü həlak oldu.
«Çellencer» fəlakətindən sonra altı il NASA, «İndevor» adlı yeni şattlı istifadə etməyə başladı.