Çin ardıcı

Çin ardıcı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Çin ardıcı (lat. Juniperus chinensis) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.

Şimali-Şərqi Çində, Koreyada, Yaponiyada bitir. Hündürlüyü 20 metrə qədər, sürünən zoğları olan ikievli kol, bəzən ağacdır. Cavan zoğların və qoca budaqların iynəyarpaqları iynəşəkilli, yuxarı budaqlarda qabıqşəkilli, mavi-yaşıldır. Cavan budaqları qonur-qırmızı, yumru-dördhissəli, çox nazikdir. Bitkilər ikievli və ya birevlidir. Çətiri erkək nümunələrin iynəyarpaqları piramida formalı, göyümtül rəngdədir. İynəşəkilli, dişilərdə isə qabıqşəkilli olur. Xırda yarpaqları kütucludur. Bu səbəbə görə onları çoxt vaxt müxtəlif növlərə aid edirlər. Qoza giləmeyvələri xırda, çoxsaylı, forma və rənginə görə dəyişkən, təxminən qara, 2-3 toxumlu olur, ikinci il yetişir. Gövdələrinin qabığı tünd-qonur, birillik zoğlarda tünd-yaşıldır. Torpağın münbitliyinə və rütubətliyinə az tələbkardır, ancaq havanın quruluğunu pis keçirir, zəif böyüyür, işıqsevəndir. 200 ilə qədər yaşayır. Toxumlarla və qələmlərlə çoxaldılır. Dekorativliyinə görə digər növlərdən geri qalmır. Həyatının ilk illərində çox vaxt soyuqlarda zoğlarının ucları donur, yaşlandıqda qışadavamlılığı artır. Növün arealı Balkan, Krım, Kiçik Asiya, Qafqaz və Orta Asiyanı əhatə edir. Oduncağı qatranlı, qırmızı, çox möhkəm, çürüməyə davamlıdır, yananda xoş qoxu verir, möhkəm tikinti materialı kimi istifadə edilir. Əkinlərdə çox dekorativ görünür və çox vaxt sərvi əvəz edir. Azərbaycanda park və bağlarda mədəni şəraitdə becərilir.