Ümumi sayı | |||
---|---|---|---|
4.895 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
İslam |
Çin tatarları — hal-hazırkı Çin Xalq Respublikası torpaqlarında yaşayan tatarlardır. ÇXR-in rəsmi olaraq tanıdığı 56 etnik qrupdan biridir. Çin tatarlarının 90 faizdən çoxu Sintzsyan Uyğur Muxtar Bölgəsində yaşamaqdadır.[1]
Çin tatarlarının ataları çoxluqla Volqa tatarlarındandır və XIX əsrdə Sintzsyana gəlib məskunlaşmış tacirlərdir, Bunlardan başqa, XIX və XX əsrin əvvəllərində Volqa boyundan Sintzsyana gəlib məskunlaşmış müəllimlər və imamlar da olmuşdur.
Çindəki tatarların çoxu Sünni müsəlmanlığın hənəfi məzhəbinə mənsubdur. Tatarcaya uyğunlaşdırılmış ərəb hərflərini istifadə edərək yazı yazırlar. Tatarlar bölgədə yaşayan qazaxlar və uyğurlarla yaxın təmasda olduqları üçün qazax və uyğur dillərinin Çin tatarlarının gündəlik həyatlarındakı təsiri get-gedə böyüməkdədir.
Xüsusilə, XIX və XX əsrin əvvəllərində tatarların Sintzsyandakı müasir türk təhsilinə etdikləri qatqı xeyli mötəbər hesab edilir. XX əsrin əvvəlində Sintzsyanda Çin tatarları tərəfindən cədidçi mədrəsələr quruldu. Məşhur uyğur alim və linqivist İbrahim Mutii təhsilini cədidçi tatarların işlətdiyi məktubda almışdır.[2]
Ramazan bayamı və Qurban bayramı kimi islami bayramları qeyd etməylə yanaşı, Çin tatarları hər il 20–25 iyun tarixləri arasında Sabantov bayramını da qeyd edirlər.
"Tatar" adı tarix boyunca çincə qaynaqlara bir çox fərqli şəkildə uyğunlaşdırılmışdır. Tanq sülaləsi (VIII əsr) dövründə tatar mənasına gələn "dadan" termini istifadə edildi.[3] Bu Çinin şimalındakı çöllərdə moğolca danışan xalqları ifadə etmək üçün istifadə edilirdi. Bunun sonrasında, hal-hazırkı Pinyin qarşılığı "dada" olan bir çoxdigər yazılış şəkli də ortaya çıxdı. Xüsusilə, Yuan sülaləsindən sonra tatarlar üçün ifadə olunan "dada" termini sabitləşmiş oldu. Çin Xalq Respublikası dövlətinin qurulmasından sonra hökumət Çində yaşayan tatarları "tataerzu" adı ilə 56 etnik qrupun biri olaraq tanıdı və termin günümüzə qədər istifadə edilməkdədir.
Çindəki tatar əhalinin sayı 2008-ci il etibariylə 5.000 nəfərdən azdır. Çin tatarları başda Sintzsyan Uyğur Muxtar Bölgəsi olmaqla, əsasən şimal-qərb Çində yaşayırlar. Sintzsyandakı Sançi Hui Muxtar Bölgəsindəki Quçunqa bağlı Daquan Tatar kəndi bütün Çin miqyasında tatar millətinə həsr edilmiş tək kənddir.
2000-ci ildə edilmiş Çin Xalq Respublikasının V milli siyahəyaalınmasına görə əhali məskunlaşması belədir:
Sıra |
Bölgə |
Ümumi əhali |
tatarlar |
Ümumi tatar əhalisi Əhalinin payı(%) |
Bölgədəki Etnik azlıq Əhalinin payı(%) |
Bölgə əhalisinin payı(%) |
Ümumi | 1.245.110.826 | 4.895 | 100 | 0,00465 | 0,000393 | |
G1 | Cəmi 31 ştatda | 1.242.612.226 | 4.890 | 99,90 | 0,00465 | 0,000394 |
G2 | Şimal-qərb Çin | 89.258.221 | 4.702 | 96,06 | 0,02693 | 0,005268 |
G3 | Şimali Çin | 145.896.933 | 53 | 1,08 | 0,00061 | 0,000036 |
G4 | Cənubi Mərkəzi Çin | 350.658.477 | 49 | 1,00 | 0,00017 | 0,000014 |
G5 | Şərqi Çin | 358.849.244 | 37 | 0,76 | 0,00148 | 0,000010 |
G6 | Cənub-qərbi Çin | 193.085.172 | 27 | 0,55 | 0,00007 | 0,000014 |
G7 | Şimal-şərqi Çin | 104.864.179 | 22 | 0,45 | 0,00020 | 0,000021 |
1 | Sintszyan | 18.459.511 | 4.501 | 91,95 | 0,04103 | 0,024383 |
2 | Qansu | 25.124.282 | 186 | 3,80 | 0,00846 | 0,000740 |
3 | Pekin | 13.569.194 | 29 | 0,590 | 0,00495 | 0,000214 |
4 | Xunan | 63.274.173 | 16 | 0,33 | 0,00025 | 0,000025 |
5 | Tyantszin | 9.848.731 | 12 | 0,25 | 0,00450 | 0,000122 |
6 | Yünnan | 42.360.089 | 12 | 0,25 | 0,00008 | 0,000028 |
7 | Çinghay | 4.822.963 | 12 | 0,25 | 0,00054 | 0,000249 |
8 | Heilonqiyanq | 36.237.576 | 11 | 0,22 | 0,00062 | 0,000030 |
9 | Szyansu | 73.043.577 | 10 | 0,20 | 0,00385 | 0,000014 |
10 | Anhoy | 58.999.948 | 10 | 0,20 | 0,00251 | 0,000017 |
11 | Quanqdonq | 85.225.007 | 10 | 0,20 | 0,00079 | 0,000012 |
12 | Liaoninq | 41.824.412 | 9 | 0,180 | 0,00013 | 0,000022 |
13 | Şantun | 89.971.789 | 9 | 0,18 | 0,00142 | 0,000010 |
14 | Haynan | 7.559.035 | 9 | 0,18 | 0,00069 | 0,000119 |
15 | Henan | 91.236.854 | 8 | 0,16 | 0,00070 | 0,000009 |
16 | Sıçuan | 82.348.296 | 7 | 0,14 | 0,00017 | 0,000009 |
17 | Hebei | 66.684.419 | 6 | 0,12 | 0,00021 | 0,000009 |
18 | Daxili Monqolustan | 23.323.347 | 6 | 0,12 | 0,00012 | 0,000026 |
19 | Çuntsin | 30.512.763 | 6 | 0,12 | 0,00030 | 0,000020 |
20 | Şanxay | 16.407.734 | 5 | 0,10 | 0,00481 | 0,000030 |
21 | Quansi-Çjuan | 43.854.538 | 4 | 0,08 | 0,00002 | 0,000009 |
22 | Çjetszyan | 45.930.651 | 3 | 0,06 | 0,00076 | 0,000007 |
23 | Jilin | 26.802.191 | 2 | 0,04 | 0,00008 | 0,000007 |
24 | Hubey | 59.508.870 | 2 | 0,04 | 0,00008 | 0,000003 |
25 | Guizhou | 35.247.695 | 2 | 0,04 | 0,00001 | 0,000006 |
26 | Ninsya-Huey | 5.486.393 | 2 | 0,04 | 0,00011 | 0,000036 |
27 | Şensi | 35.365.072 | 1 | 0,02 | 0,00057 | 0,000003 |
28 | Şansi | 32.471.242 | ||||
29 | Fucyen | 34.097.947 | ||||
30 | Szyansi | 40.397.598 | ||||
31 | Tibet | 2.616.329 | ||||
32 | Hərbi xidmət təminatçıları | 2.498.600 | 5 | 0,10 | 0,00448 | 0,000200 |