Bu, Çindəki görkəmli məscidlərin siyahısıdır. Məscid İslam dininin tərəfdarları üçün ibadət yeridir. Çində ilk məscid 627-ci ildə Tan sülaləsi dövründə inşa edilən Quançjoudakı Xuayşen məscidi idi. 2014-cü ildə Çində 39.135 məscid var idi,[1][2] bunlardan 25.000-i şimal-qərb muxtar bölgəsi olan Sintszyan-Uyğur Muxtar Rayonundadır, 500 müsəlmana bir məscidin düşməsi kimi yüksək sıxlıq var ölkədə.[3]
Çində məscidlərə Tsin Çjen Si (清真寺"Saf həqiqət məbədi") deyilir, bu ad da Çin yəhudiləri tərəfindən sinaqoqlar üçün istifadə olunurdu. Digər adlara Xui Xui Tan(回回堂), Xui Xui Si (回回 寺, "Xui xalqının məbədi"), Li Bai Si (回回寺, "İbadət məbədi"), Cjen Tzyao Si (清净寺, "Həqiqi tədris məbədi") və ya Qinq Jinq Si (清净寺, "Saf və təmiz məbəd") daxildir.[4][5]
Tzin sülaləsi dövründə Hueylər məscidlərinin girişində üzərində "Huáng Dì Wàn Suì, Wàn Suì, Wàn Wàn Suì" (皇帝 萬歲 , 萬歲 , 萬 萬歲),"İmperator, sonsuza qədər yaşasın." yazılmış bir lövhə qoyulmuşdu. Vansui, çin dilində əbədi mənasını verən "on min il" deməkdir.[6] Çinə səyahət edən qərblilər bu lövhələrin Yunnan və Ninbo məscidlərində olduğunu qeyd etdilər.[7][8][9]
Əksər məscidlərin bir-biri ilə müəyyən oxşar cəhətləri vardır, lakin digər bölgələrdə olduğu kimi Çin İslam memarlığı ilə, yerli memarlığı öz üslubunda əks etdirir. Çin məbədləri xatırladan gözəl məscidləri ilə məşhurdur. Lakin Çinin qərbində məscidlər hündür, incə minarələri, əyri tağları və günbəz formalı damları ilə yanaşı bənzərsiz çox qatlı portalları ilə İran və Orta Asiyadakı məscidlərə də bənzəyir. Çinli Hueylərin məscidlərini inşa etdikləri Çinin şimal-qərbində,şərq və qərb üslublarının birləşməsi vardır. Məscidlər səddi olan həyətlərdə,miniatür qübbələri və minarələri olan sütunlu keçidlərdə quraşdırılmış Buddist üslublu damlara malikdir.[10]
Hueylər məscidlərinin memarlıq tərzi məzhəblərinə görə dəyişir. Çin mədəniyyətindən təsirlənən ənənəvi Qedimu Hənəfi sünniləri Çin məbədlərinə bənzəyən məscidlər tikirlər. İslahatçı modernist olan İhevani, məscidlərini Orta Şərq ərəb tərzi məscidlərinə bənzəyir.
Ad | Şəkillər | Şəhərlər | Əyalət və ya Bələdiyyələr | İl | Qeydlər |
---|---|---|---|---|---|
Nyutze məscidi | Siçen | Pekin | 996 | [11] | |
Böyük Xancjou məscidi | Xancjou | Çjetszyan | 2020 | ||
Tsintszin məscidi | Quancjou | Fucyen | 1009 | Qin Jin Si | |
Dunxuan məscidi | Dunxuan | Qansu | 1917 | Dun Xuan Qin Zen Si | |
Xuasi məscidi | Linsiya | Qansu | 1487 | Xua Si Qin Zen Si | |
Xuayşen məscidi | Quançjou | Quandun | 627 | [12] | |
Nannin məscidi | Nannin | Quansi-Çjuan Muxtar Rayonu | 1707 | Nan Nin Qin Zen Si | |
Harbin məscidi | Daovay | Harbin | 1897 | Dao Vay Qin Zen Si | |
Bukuy Mosque məscidi | Ciciqar | Xeyluntszyan | 1684 | Bo Kui Qin Zen Si | |
Honqonq məscidlərinin siyahısı | Honkonq | ||||
Qədim Hohhot məscidi | Hohhot | Daxili Monqolustan Muxtar Rayonu | 1693 | Hu He Hao Te Qin Zen Da Si | |
Makao məscidi və qəbiristanlığı | Nossa Senora-di-Fatima (Makao) | Makao | |||
Böyük Tunsin məscidi | Tunsin | Ninsya-Huey Muxtar Rayonu | təqribən 1400 | Tun Xin Qin Zen Da Si | |
Dunquan məscidi | Sinin | Tszinyan | 1380 | [13] | |
Jiezi məscidi[14] | Syunxua Salar Muxatar dairəsi | Tsinxay | ? | ? | |
Böyük Sian məscidi | Sian | Şensi | 742 | [13] | |
Tszinan Böyük cənub məscidi | Tszinan | Şantun | 1295 | Ji Nan Qin Zen Nan Da Si | |
Fuyou məscidi | Xuanpu (Şanxay) | Şanxay | 1870 | Fu You Lu Qin Zen Si | |
Syaotaoyuan məscidi | Xuanpu (Şanxay) | Şanxay | 1917 | Xiao Tao Yuan Qin Zen Si | |
Böyük Lxaska məscidi | Lxaska | Tibet | 1716 | La Sa Qin Zen Da Si | |
Appaka Xoca məqbərəsi | Haohan | Sintszyan-Uyğur Muxtar Rayonu | 1640 | Ā Bā Hé Jiā Má Zhá | |
Xotan məscidi | Xotan | Sintszyan-Uyğur Muxtar Rayonu | 1870 | He Tian Qin Zen Si | |
İd Kah məscidi | Kaşğər | Sintszyan-Uyğur Muxtar Rayonu | 1442 | [15] | |
Nadjiayinq məscidi | Yuxi | Yunnan | 1370 | Na Jia Yin Qin Zen Si |