Çingiz Mustafayev | |
---|---|
Ümumi məlumatlar | |
Ləqəbi | Chingiz |
Doğum tarixi | |
Doğum yeri | Moskva, Rusiya SFSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2007–h.h. |
Janr | |
Musiqi alətləri | vokal, gitara |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Çingiz Mustafayev (d. 11 mart 1991, Moskva və ya Bakı) — Azərbaycanlı müğənni. 2012-ci ildə "Palmas" musiqi qrupunu yaradıb.[1] "Truth" mahnısı ilə Azərbaycanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 8-ci yeri tutmuşdur.
Çingiz Mustafayev Moskvada anadan olmuş və uşaqlıq illərini orada keçirmişdir.[2] Amma Sovet İttifaqı dağıldıqdan sonra baş verən qarışıqlıq dövründə o, ana vətəninə - Qazaxa köçür. Onun atası işinə vurğun həvəskar musiqiçi olmuş və dostları ilə birlikdə toplaşanda tez-tez piano çalar və ifa edərmiş. Baxmayaraq ki, Çingizə atasının musiqi qabiliyyəti irsən keçib, yalnız ispan musiqisinə olan gənc sevgi onda gitara çalmaq həvəsi oyatmışdır.
Qazaxdakı kənd həyatı Çingizə musiqi alətində ifa etməyi öyrənməyə kömək oldu, uzun yay günləri, diqqətin az yayılması və intuitiv musiqi qabiliyyəti təkrarsız və ritmik ifa üslubunun formalaşmasına gətirib çıxartmışdır.
Çingiz Mustafayev 2011-ci ildə İctimai TV-də yayımlanan Avroviziya milli seçim turunda iştirak etmişdir. O, 2013-cü ildə Azərbaycanı Yurmalada keçirilən Yeni Dalğa müsabiqəsində təmsil etmişdir. Müsabiqə çərçivəsində Polina Qaqarina ilə bir səhnə alan Çingiz nəticədə 11-ci yerdə qərarlaşmışdır.[3] O 2016-cı ildə Ukraynanın Holos Krainy (Голос країни) səs yarışmasında iştirak etmişdir. Yarışmada iştirakını dayandırdıqdan sonra Çingiz özünün qurduğu Palmas qrupu ilə birlikdə çıxışlar etməyə başlamışdır. Onlar əsasən Azərbaycan milli musiqisini flamenko, rok və pop musiqisi ilə qarışdıraraq ifa edirlər.
8 mart 2019-cu il tarixdə Çingiz Mustafayevin "Truth" mahnısı ilə Azərbaycanı Tel-Əvivdə keçirilən Avroviziya 2019-da təmsil edəcəyi açıqlanmışdır.[4] Çingiz müsabiqə üçün aparılan uzun məşqlərdən sonra 16 may tarixində baş tutan yarımfinal mərhələsində 18-ci nömrə altında çıxış etmişdir. Nəticədə 224 xalla 5-ci yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Çingiz 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 302 xal toplayaraq, 8-ci yerdə qərarlaşmışdır.[5] Bu, Azərbaycanın müsabiqədə 2013-cü ildən bəri ən yaxşı nəticəsi olmuşdur.
Mahnı adı | İl |
---|---|
"Qürbət" | 2018 |
"Get" | |
"Tənha Gəzən" | 2019 |
"Truth" | |
"Bir Sözlə" | |
"Can can" | 2020 |
"Vətənim Kimiyəm" | |
"Yanıma gəl" | |
"Dayan zaman" | |
"Gülzar istərəm (Məhəmməd Füzuli)" | 2021 |
Əvvəlki: Aysel Məmmədova "X My Heart" |
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində 2019 |
Sonrakı: Samirə Əfəndiyeva |