Çiçəklənən naz | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Klad: Klad: Klad: Triba: Cins: Növ: Çiçəklənən naz |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Çiçəklənən naz (lat. Genista florida) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü.
Piriney yarımadasında yayılmışdır.
Hündürlüyü 1,5 m olan, çubuqvari gövdəli, yarpağını tökən, bəzən yerə sərilmiş kolcuq, yarımkol və ya koldur. Zoğları şırımlı və tüklü, qabığının rəngi yaşıldır. Yarpaq düzülüşü növbəli, bəzi hallarda qarşılıqlı və qönçəvaridir. Yarpaqları sadə, kənarı tam, bəzən üçbölümlü olub, uzunluğu 20 mm-dir. Möhkəm kök sisteminə malikdir. Çiçək tumurcuqları yarpaqların qoltuğunda örtülmüş, görünəndir. Qızılı rəngli çiçəkləri sadə salxımlarda toplanır. Yelkənciyi tam çılpaqdır. Kasacığı zınqırovşəkilli, ikidodaqlıdır. Üst dodağı iki, alt dodağı isə üçdişlidir. Tacı sarı, nadir hallarda ağdır. Çiçəkdəki 10 erkəkcik birləşərək boru əmələ gətirir. Paxlaları ensiz, uzunsov, bir qədər əyilmiş, yanlardan basıq, tüklü, əksərən çoxtoxumlu, uzunluğu 1,5 sm-dir. Toxumları qara rəngli, parlaqdır. Toxumla artırılır.
İşıqsevən bitkidir, xüsusən daşlı-qayalı yerlərdə əkilmək üçün qiymətlidir.
Dendrologiya İnstitutunun təcrübə sahəsinə introduksiya edilmişdir.
Dekorativ bitki kimi becərilir. Tərkibində boyaq maddələri vardır.