Çılpaq atşabalıdı

Çılpaq atşabalıdı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Çılpaq atşabalıdı (lat. Aesculus glabra) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Şimali Amerikanın şərqində meşələrdə yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Mədəni şəraitdə 1809-cu ildən becərilir. Avropa, Orta Asiyanın və Şimali Amerikanın botanika bağlarında yayılmışdır. Hündürlüyü 10 (20) m-ə catan, yarpağı tökülən, dekorativ ağacdır. Çətiri gözəl yarpaqlı və özünəməxsus yumşaq iynəli, çıxıntılı meyvəlidir. Ləçəklərinin sarımtıl, meyvə səthinin kələ-kötür olması ilə fərqlənir. Yarpaqları növbəli və ya qarşı-qarşıya düzülməklə lələkvari, ikiqat lələkvari, üçyarpaqlı və ya sadədir. Əsasən birevlidir. Çiçəkləri xırda, ətirli olub, süpürgə və ya salxımlara toplaşır. Kasa yarpaqları 4-5, erkəkcikləri 8-10, bəzən 6-8, dişiciyi üst, 3 yuvalıdır. 9 yaşından çiçəkləyir. Meyvələri qutucuqdur. Mayın ikinci yarısından iyunun ortasınadək çiçəkləmə müşahidə edilir. Meyvələri sentyabrın ikinci yarısında yetişir. Peyvəndlə çoxalması mümkündür.

İşıqsevən mezofit, mezotrofdur. Yavaş böyüyür. Qışa davamlılığı yüksəkdir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Respublikamızda mədəni şəraitdə becərilir.

Yaşıllaşdırma üçün istifadəsi məsləhət görülür.