Çəki

Çəki


Ölçü vahidi
BS N
SQS Dinamometr
Qeyd
Vektorial kəmiyyət
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çəkicismin dayağa və ya asqıya göstərdiyi təsir qüvvəsi. Ədədi qiymətcə cismin ağırlıq qüvvəsinə bərabərdir: P=mg (m — cismin kütləsi, gsərbəstdüşmə təcilidir). Cismin çəkisi qütblərdə ən böyük, ekvatorda isə ən kiçikdir, qütblərdən ekvatora getdikcə və Yer səthindən uzaqlaşdıqca cismin çəkisi azalır. Cəki dayağa və ya asqıya təsir edən qüvvə olduğündan onu yaylı tərəzi (dinamometr) vasitəsilə ölçmək olar. Çəki N, kQ və s. qüvvə vahidləri ilə ölçülür.

Cisim şaquli yuxarı yönəlmiş a təcili ilə hərəkət edərsə onun çəkisi artar və P=m(g+a) olar.

Əlavə yüklənmə – cismin çəkisinin onun ağırlıq qüvvəsinə olan nisbətinə deyilir, n=P\mg=m(g+a)\mg=1+a\g. Məsələn, kosmik uçuşa start götürdükdə kosmanavtlar əlavə yüklənməyə məruz qalırlar. Cisim aşağı yönəlmiş a təcili ilə hərəkət etdikdə isə çəki P=m(g-a) düsturu ilə hesablanar və azalar. Əgər g=a olarsa P=0 olar.

Çəkisizlik – cismin çəkisinin sıfıra bərabər olan halına deyilir. Məsələn, sərbəst düşən liftdəki cisimlər, Yer ətrafında fırlana peykin içindəki cisimlər və kosmanavt çəkisizlik halında olur. Ağırlıq qüvvəsi cismin təcillə hərəkət etməsindən və ya sükunətdə olmasından asılı deyil, cismin kütlə mərkəzinə tətbiq olunur və Yerin mərkəzinə doğru yönəlir. Cismin çəkisi asqıya və dayağa tətbiq olunur, dayağa perpendikulyardır.

  • M.Murquzov.Fizika.VII sinif üçün dərslik.