Çəkməli Pişik | |
---|---|
ing. Puss in Boots | |
Rejissor | Kris Miller |
Ssenari müəllifi | Noy Baumbax |
Rolları səsləndirənlər |
Antonio Banderas Salma Hayek Zak Qalifianakis |
Ölkə | ABŞ |
Studiya | DreamWorks |
Distribüsiya | Paramount Pictures |
Davametmə müddəti | 90 dəqiqə |
İl | 2011 |
Büdcə | $130 milyon |
Gəlir | $516 309 179 |
ID 0448694 |
Çəkməli Pişik (ing. Puss in Boots) — 27 oktyabr 2011-ci ildə DreamWorks tərəfindən istehsal edilmiş qısametrajlı animasiya filmidir.[1] Baş rolu Antonio Banderas ifa edir.[2][3]
Hekayə Çəkməli Pişiyin Şreklə qarşılaşmazdan əvvəlki həyatına aiddir. Hansı ki, həmin vaxtlar qorxubilməz qəhrəman zəifləri müdafiə edər, hər kəsin sevimlisinə çevrilərdi. Çəkməli Pişik — qorxmaz və hörmətli olan qəhrəmandır. Həmin qəhrəman Latın Amerikasından olub, doğma şəhəri San-Rikardoda yaşayır. Bir gün o, Bara süd içməyə gəlir. Ətrafdakılar ona gülməyə başlayır və onu ələ salmağa çalışırlar, lakin Çəkməli Pişik onlara nəyə qadir olduğunu göstərir. Ətrafdakılar dərhal ona oğurlamaq üçün müxtəlif yerlər təklif edirlər, amma onu daha çox iki qaçaq oğrunun insanlar üçün çox böyük təhlükə yaratdığını maraqlandırır. Cek və Cil adlı həmin qaçaqların qılıl yumurtlayan qazı olur. Bu da Çəkməli Pişiyi onu oğurlamaq üçün həvəsləndirir. Bu iş üçün ona üz tuturlar, insanların tək ümidi Çəkməli Pişikdir. Beləliklə, qəhrəmanımız uşaqlıq dostu ağıllı Şaltay-Baltay və onun yeni tanış etdiyi gözəl Kitti ilə birlikdə həyatının ən maraqlı və ən təhlükəli macərasına qoşulur. Qarşıdakı missiya isə qızıl yumurtlayan qazı oğurlamaqdır.
Səyahət zamanı Çəkməli Pişik ilə Kiti arasındakı münasibət daha da yaxşılaşır. Üçlük çoxlu məsafə qət edirlər. Nəhayət, onlar qəsrə çatırlar. Yumurtanın ağır olduğunu Çəkməli Pişik başa düşən zaman qərara gəlir ki, yoldaşları ilə birgə qazı oğurlasınlar. Üçlük qəsrdən qaçmağa hazırlaşırlar, lakin onlar Cek və Cillin tələsinə düşürlər. Çəkməli Pişik huşunu itirir.
Çəkməli Pişik ayılan zaman başa düşür ki, Şaltay-Boltay ondan qisas almaq üçün bu planları etmişdir. Cek, Cill, Barda olan adamlar, hətta Kitti də ona işləyirdi. Analığı olan İmelda Çəkməli Pişiyə deyir ki, gözətçilərdən qaçmasın. Əksinə, xoşluğu ilə zindana girsin. Çəkməli Pişik razı olur. Zindanda oturan zaman Çəkməli Pişik Cek Stebldən öyrənir ki, qızıl yumurtlayan qazın anası San-Rikardo şəhərini darmadağın edəcəkdir. Bu zaman Çəkməli Pişik zindandan qaçır ki, doğma şəhərini xilas edə bilsin.
Çəkməli Pişik Şaltay-Boltaya qazı anasına verməsini deyir. Qazı anasına qaytarmasa, onda şəhər dağılacaqdır. Şaltay-Boltay onun təklifi ilə razı olur. Qaz anasına qaytarılır, lakin bu zamankörpü dağılır. Çəkməli Pişik elə başa düşür ki, Şaltay-Boltay körpüdən düşüb olmüşdür. Çəkməli Pişik Kiti ilə gözəl həyat keçirir. Məlum olur ki, Şaltay-Boltay qazla birlikdə getmişdir.
Aktyor | Rol |
---|---|
Antonio Banderas | Çəkməli Pişik |
Salma Hayek | Yumşaq ayaqlı Pişik Kitti |
Zak Qalifianakis | Şaltay-Baltay |
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "A Bad Kitty" | 2:04 |
2. | "One Leche" | 2:01 |
3. | "Jack and Jill" | 0:22 |
4. | "Holy Frijoles" | 1:14 |
5. | "Chasing Tail" | 1:09 |
6. | "Diablo Rojo" | 4:53 |
7. | "Humpty Dumpty & Kitty Softpaws" | 2:42 |
8. | "The Orphanage" | 4:29 |
9. | "Honor and Justice" | 1:44 |
10. | "That Fateful Night" | 2:35 |
11. | "The Wagon Chase" | 2:58 |
12. | "Team Effort" | 0:57 |
13. | "Planting the Beans" | 2:09 |
14. | "The Magic Beanstalk" | 1:17 |
15. | "Castle in the Clouds" | 1:57 |
16. | "Golden Goose of Legend" | 6:38 |
17. | "Hanuman" | 3:39 |
18. | "Confronting the Past" | 1:37 |
19. | "I Was Always There" | 4:06 |
20. | "Kitty-Cat Break-Out" | 1:35 |
21. | "The Great Terror" | 7:56 |
22. | "Farewell to San Ricardo" | 1:32 |
23. | "The Puss Suite" | 3:09 |
24. | "The Giant's Castle" | 3:08 |
25. | "Lady Gaga-Americano(титры)" | 4:05 |
(ing.)