Çəmənlik üçyarpaq yoncası

Çəmənlik üçyarpaq yoncası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Çəmənlik üçyarpaq yoncası (lat. Trifolium pratense) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 15-40 sm, gövdəsi kifayət qədər möhkəm, budaqlı, adətən tüklü olan çoxillik ot bitkisidir. Yalançı zoğları yumurtaşəkilli, dartılısivriləşmiş, kənarları kirpiklidir. Aşağı yarpaqları uzun saplaqlı, yuxarı yarpaqlar isə qısa saplaqlıdır. Yarpaqcıqları iridir, yumurtaşəkilli formadan enli yumurtaşəkilli və elliptik formaya qədər dəyişəndir, uc hissədə küt və ya dayaz oyuqludur, alt tərəfdən adətən daha tüklüdür. Başcıqları 1-2 ədəd olub, qurtaracaqlıdır, dəyirmi yumurtaşəkilli və ya yumurtaşəkillidir, möhkəmdir, uzunluğu 2-3 (4) sm-dir, adətən əsasında təpə yarpaqları ilə əhatə olunmuşdur, oturaq və yaxud qismən uzun saplaqdadır. Çiçəkləri oturaq, çoxsaylı, uzunluğu 11–14 mm-dir. Tac açıq rəngdən, tünd-qırmızı, bəzən, bənövşəyi, nadir halda isə ağ rəngə qədər dəyişir. Paxlası yumurtaşəkilli, yuxarı hissəsi pərdəlidir, birtoxumludur. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Çəmənlikdə, otlu yamaclarda, meşə kənarında, talalarda, meşələrdə, bağlarda, çaqıl daşlı yerlərdə, yarımsəhralarda rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Bütün növ mal-qara üçün yem əhəmiyyəti vardır, həmçinin tənəffüs orqanları xəstəliklərində dərman kimi istifadə olunur.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Lagopus pratensis (L.) Bernh.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 768.