Üfüqi dovşanalması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Üfüqi dovşanalması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Üfüqi dovşanalması (lat. Cotoneaster horizontalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Təbii şəraitdə Krımda, Qafqazda, Sibirdə, Orta və Mərkəzi Avropada, Monqolustanın şimalında, Himalayda, Çində yayılmışdır.
Hündürlüyü 2-3 m-ə çatan, dəyirmi çətirli, yarpağını tökən, çox budaqlı koldur. Cavan budaqları tükcüklərlə örtülüdür. Ağac yaşlandıqca bu tükcüklər hamar və parlaq olur. Yarpaqları yarımdairəvi və ya enli-oval şəkilli olub, diametri 2-5 sm-dir, üst səthi tünd-yaşıl, hamar, alt səthi isə boz keçətükcüklüdür. May ayında çiçəkləyir. Çiçəklər ağımtıl-çəhrayıdır, 2-4 ədəd olmaqla aşağı əyilmiş salxım çiçəkqrupuna yığılmışdır. Meyvələri tünd-qırmızı rəngli, çəyirdəkmeyvədir, avqust ayında yetişir.
Bitki torpağa tələbkar deyil, lakin əhəngli torpaqlarda daha yaxşı bitir. Şaxtaya, quraqlığa davamlı koldur.
Böyük Qafqazda təbii halda rast gəlinir.
Güclü inkişaf etmiş kök sisteminə görə torpağın bəkidilməsi üçün yararlıdır. Yaşıllaşdırmada istifadə üçün əlverişlidir.