Ümid Özdağ | |
---|---|
türk. Ümit Özdağ | |
7 iyun 2015 – 7 aprel 2023 | |
25 oktyabr 2017 – 2 aprel 2019 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 mart 1961 (63 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | universitet müəllimi[d], siyasətçi, müəllif |
umitozdag.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Ümid Özdağ (3 mart 1961, Tokio[d]) — türkiyəli siyasətçi, professor və yazıçı.
Münhen Lüdviq-Maksimilian Universiteti və Qazi Universitetində ali təhsil aldıqdan sonra uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş və 2001-ci ildə professor elmi adını almışdır. 2006-cı ildən "XXI Əsr Türkiyə İnstitutu"nun təsisçisi və rəhbəridir.[1] Buna qədər isə 1999-cu ildə "Avrasiya Strateji Araşdırmalar Mərkəzi"ni, 2003-cü ildə isə "Diyanət Araşdırmalar Mərkəzini" təsis etmişdir.
Sonralar MHP qadın qollarının ilk rəhbəri olacaq Könül Özdağ və Milli Birlik Komitəsi üzvü olaraq 27 may çevrilişinə qatılan mayor Müzəffər Özdağın oğlu olaraq 3 mart 1961-ci ildə anadan olmuşdur. Milli Birlik Komitəsi içində Alparslan Türkeş ilə birlikdə hərəkət edən atasının 13 noyabr 1960-cı ildə Yaponiyaya hökumət müşaviri olaraq göndərilməsinə görə Tokioda anadan olmuşdur.
İbtidai və orta təhsilini TED Ankara kollecində almışdır. Bakalavr təhsilini Münhen Lüdviq-Maksimilian Universitetində siyasi elmlər, fəlsəfə və iqtisadiyyat fakültələrində tamamlamış və magistr təhsilini Türkiyədə planlı inkişaf və dövlət planlama təşkilatı üzərində tamamlamışdır.
Dr. Burçin Özdağ ilə evlidir və Alp adından bir oğlu vardır.
1986-cı ildə Qazi Universitetinin iqtisadiyyat və İdarəçilik Elmləri fakültəsində araşdırmaçı vəzifəsində işə qəbul edilmişdir. 1990-cı ildə "Atatürk və İnönü dövründə ordu-siyasət əlaqələri" adlı işi ilə siyasət elmi doktoru olmuşdur. 1993-cü ildə "Menderes dövründə ordu-siyasət əlaqələri və 27 may hərəkatı" adlı tezisi ilə siyasi nəzəriyyələr dosenti ünvanını qazanmışdır.
1994-cü ildə Avrasiya Qovluğu adlı üç aylıq beynəlxalq əlaqələr və strateji araşdırmalar jurnalını çıxarmağa başlamış və redaktorluğunu etmişdir. 1980-ci illərin sonundan etibarən terrorizm və etnik problemlər mövzularında araşdırmalar etmişdir. 1995-ci ildə Şərq və Cənub-Şərq Anadolu ilə Cənub-şərq bölgələrindən köç edilən şəhərlərdə sosio-siyasi məqsədli araşdırmalar etmişdir.
1997–1998-ci illərdə ABŞ-da Baltimorda Tavson Universitetində qloballaşma, Avrasiyada etnik problemlər mövzularında araşdırmalar etmiş və dərs demişdir. 1999-cu ildə Avrasiya Strateji Araşdırmalar Mərkəzini qurmuşdur. 2000-ci ildə ASAM-a bağlı olaraq çalışan Erməni Araşdırmaları İnistitutunu qurmuş və 2004-cü ilə qədər ASAM-ın idarə heyəti rəhbərliyini icra etmişdir. 2001-ci ildə professor olmuş və 2005-ci ildə Qazi Universitetindən ayrılmışdır.
MHP-nin 19 noyabr 2006-cı ildə çağırılmalı olan VIII qurultayında Dövlət Baxçalıya qarşı başqanlığa namizəd olduğunu açıqlamışdır. Ancaq qurultaydan 2 gün əvvəl MHP rəhbərliyi tərəfindən partiyadan ixrac edilməsinə görə namizəd ola bilməmişdir.
2008-ci ildən etibarən Qazi Universiteti İqtisadiyyat və İdarəçilik Elmləri fakültəsində tədris üzvlüyünə geri döndü.
2010-cu ildə məhkəmə qərarı ilə yenidən MHP üzvü oldu. 12 iyun 2011-ci ildə keçirilən parlament seçkilərində partiyasının İstanbul II bölgə IV sıradan deputatlığa namizədi olsa da, seçilə bilmədi. 21 mart 2015-ci ildə keçirilən MHP-nin XI qurultayında MHP Mərkəzi İdarəçilik Qurumu üzvü oldu.
Qaziantep I sıra namizədi olaraq girdiyi iyun və noyabr 2015-ci il seçkilərində TBMM üzvü seçildi. 14 noyabr 2015-ci ildə MHP-nin başqan köməkçisi təyin edilsə də, partiya daxili demokratiya üçün qurultay təşkil edilməsini tələb edərək 24 fevral 2016-cı ildə bu vəzifəsindən istefa etmişdir.
MHP-də mövcud idarəçilərə qarşı başqan namizədlərinin ortaya çıxması və daha sonra məhkəmə tərəfindən fövqəladə qurultay qərarı verilməsindən sonra 9 aprel 2016-cı ildə MHP başqanlığına namizəd olduğunu açıqladı.[2] Ancaq MHP Ümumi Mərkəzi ilə müxaliflərin məhkəməlik olduğu qurultay prosesindən sonra Ali Seçki Qurumu tərəfindən 10 iyulda toplanması düşünülən qurultay ləğv edildi.
20 oktyabr 2016-cı il tarixində MHP Ümumi Mərkəzi tərəfindən partiya nizamnaməsinin bəzi maddələrini pozduğu əsas gətirilərək Mərkəzi İntizam Qurumuna məruzə edilmişdir.[3] 15 noyabr 2016-cı ildə partiyadan qovulmuşdur.[4]
25 oktyabr 2017-ci il tarixində qurulan İYİ Partiyaya qatılmış və qurucular arasında yer almışdır. Strategiya, əlaqə, propaqanda və reklam işlərinə nəzarət edən köməkçi təyin edilmişdir. 2018-ci ildə Türkiyə seçkilərində İYİ partiyanın İstanbul deputatı seçilmişdir.[5]
Ümid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan ixrac edilmişdir.[6] 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir.[7].
Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir[8]:
FETÖ-çü dərnəklərin qurucusu və idarəçisi olan 30 avqustu Türkiyəlilərin bayramı deyə qeyd edən kriptolarla, Atatürkün türk milləti anlayışını qəbul etməyən onurğasızlarla, HDP ilə eyni masaya oturup konstitusiyanın ilk dört bəndinin dəyişdirilməsinə göz yumanlarla, HDP-yi kürdlərin nümayəndəsi olaraq görüb HDP-nin bağladılmasına qarşı çıxanlarla, Türkiyəni suriyalı qaçqınlara vasitəsiylə örtülü şəkildə işğal elanguageməsinə səs çıxarmayanlarla, Türk milliyətçisiyəm deməklərinə baxmayaraq vəzifələrini, statuslarını, ciblərini türk milləti və vətənindən daha çox sevənlərlə, atatürkçüləri, türk milliyətçilərini, bəlkə də ən önəmlisi böyük ümidlərlə türk gənclərini aldadanlarla eyni partiyada olmağım mümkün deyil. |
2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasını 26 avqustda quracağını elan etdi.[9]