Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) SWIFT | |
---|---|
Society for Worldwide Interbank Financial Telecommunication (SWIFT) | |
Növü | Kooperativ cəmiyyəti |
Yaranma tarixi | 3 May 1973 [1] |
Mərkəzi | La Hulpe, Belçika [1] |
Üzvləri |
|
swift.com |
Maliyyə xidmətləri seriyasının bir hissəsi |
Bankçılıq |
---|
SWIFT (ing. Society for Worldwide Interbank Financial Telecommunication) — Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir.[2] SWIFT 1973-cü ildən mövcuddur. Onun köməyi ilə ilk maliyyə əməliyyatı 19 oktyabr 1977-ci ildə Belçika şahzadəsi Albert tərəfindən həyata keçirilib.[1] SWIFT – Belçika qanunvericiliyi tərəfindən yaradılmış kooperativ cəmiyyətdir və onun üzvlərinə – 209 ölkədə 9700-dən çox bank təşkilatı – məxsusdur.[2] Bu təşkilat maliyyə aləmini birləşdirən alətləri birlikdə təqdim edir. Onun əsas xüsusiyyəti isə ondan ibarətdir ki, iştirakçı bank şəxsi unikal SWIFT şifrəyə sahib olur. Avropada ödənişlər həyata keçirmək üçün bankın SWIFT şifrəsini və alıcının IBAN şifrəsini bilmək kifayətdir.Bir gün ərzində SWIFT vasitəsilə pul köçürmələri, banklararası ödənişlər, qiymətli kağızlar, ümumi dəyəri milyard avrodan çox olan yol çekləri də daxil olmaqla milyondan çox tranzaksiya həyata keçirilir. Bu növ köçürmələr adətən əcnəbi valyuta, xüsusən də ABŞ dolları vasitəsilə həyata keçirilir.SWIFT demək olar ki, bütün qaydalarında beynəlxalq ISO standartlarından istifadə edir. Bu səbəbdən bəzi inkişaf etmiş ölkələr SWIFT standartları əsasın öz milli köçürmə sistemləri standartlarını yaradıblar. Buna misal, İngiltərə (CHAPS), Fransa (SAGITTAIRE), İsveçrə (SIC) göstərmək olar.[3] Bu sistem vasitəsilə hər gün 40 milyondan çox mesaj göndərilir və trilyonlarla dollarlıq maliyyə vəsaiti şirkətlər və ya hökumətlər arasında əl dəyişir.[4] Bir ildə SWIFT ilə 5 milyard informasiya mübadiləsi aparılır.[5] Sovet İttifaqında SWIFT sistemi 1989-cu ilə fəaliyyət göstərməyə başlayıb.[1]
SWIFT şifrə– ISO 9362 standartı əsasında yaradılan və SWIFT sistemində maliyyə hesablaşmaları iştirakçılarını identifikasiya etmək üçün nəzərdə tutulmuş unikal şifrədir. Bu standarta əsasən SWIFT BIC şifrəsi özündə hərf-rəqəm kombinasiyası növünü əks etdirir:[2]
BBBB CC LL bbb
Şifrənin hər hissəsi aşağıdakı kimi müəyyən edilir:
BBBB — maliyyə təşkilatının şifrəsi və hesablaşma iştirakçılarını identifikasiya edən unikal 4 simvollu hərfi şifrədir.
CC — ölkə kodu və ISO 3166 standartı əsasında 2 simvollu hərfi koddur.
LL — 0 və 1 rəqəmlərindən başqa 2 simvollu hərf-rəqəm tipli yerləşməni bildirən koddur. Cütlükdə 1 rəqəmindən istifadə olunması qeyri-fəal koda, 0 isə SWIFT şəbəkəsində işi test etmək üçün nəzərdə tutulmuş xüsusi hala işarədir.
bbb — filialın kodudur. Filiallar olmadığı təqdirdə isə XXX simvollarından istifadə edilir.
SWIFT heç bir qurumun beynəlxalq ödəniş sistemi yaratmasını və bu sahədə monopolist olmasını istəməyən Amerika və Avropa banklarının birgə qurduğu sistemdir. 2 mindən çox bank və maliyyə institutu SWIFT şəbəkəsinin ortaq sahibidir[4]
SWIFT-ə qoşulma xərci 160–200 min dollar təşkil edir ki, bu da orta və kiçik banklar üçün böyük məbləğdir. Beynəlxalq bank əməliyyatlarını yerinə yetirmək hüququna malik olan istənilən bank SWIFT-in üzvü ola bilər. SWIFT- ə tam olaraq qoşulma prosesi 4 aydan gec olmayaraq baş verir və iki mərhələdən ibarətdir:[6]
SWIFT təhlükəsiz mesajlaşma şəbəkəsi ABŞ , Hollandiya və İsveçrədə yerləşən üç məlumat mərkəzindən idarə olunur . Bu mərkəzlər məlumatı real vaxt rejimində paylaşırlar . Məlumat mərkəzlərindən birində nasazlıq olarsa, digəri tam şəbəkənin trafikini idarə edə bilir. SWIFT öz məlumatlarını ötürmək üçün sualtı rabitə kabellərindən istifadə edir. 2009-cu ildə İsveçrənin Diessenhofen şəhərində üçüncü məlumat mərkəzini açdıqdan qısa müddət sonra SWIFT iki mesajlaşma zonası, Avropa və Trans-Atlantik ilə yeni paylanmış arxitektura təqdim etdi, beləliklə Avropa SWIFT üzvlərinin məlumatları artıq ABŞ məlumat mərkəzini əks etdirmir. Avropa zonası mesajları Hollandiyada və İsveçrə əməliyyat mərkəzinin bir hissəsində saxlanılır; Trans-Atlantik zona mesajları ABŞ-də və İsveçrə əməliyyat mərkəzinin Avropa zonası mesajlarından ayrılmış başqa hissəsində saxlanılır. Avropadan kənar ölkələr standart olaraq Trans-Atlantik zonaya ayrılmışdı, lakin mesajlarının Avropa zonasında saxlanmasını seçə bilərdilər. İsveçrə əməliyyat mərkəzi Diessenhofendə tikilib.
SN | SWIFT məlumat mərkəzləri | Növ |
---|---|---|
1 | Zoeterwoude , Hollandiya | OPC (Əməliyyat Mərkəzi) |
2 | Culpeper, Virciniya , Amerika Birləşmiş Ştatları | OPC (Əməliyyat Mərkəzi) |
3 | Diessenhofen , İsveçrə | OPC (Əməliyyat Mərkəzi) |
4 | Honq Konq | Əmr və Nəzarət |
İlk 4 simvol bank kodunu, sonrakı 2 simvol ISO ölkə kodu (Azərbaycan üçün AZ), sonrakı 2 simvol isə yerli kodu ifadə edir. Azərbaycanda fəaliyyət göstərən bütün banklar, Mərkəzi Bank, bank olmayan Aqrarkredit birliyi, Dövlət Xəzinədarlığı Agentliyi SWIFT-in üzvləridir.[2][7]
Azərbaycan Bankları | BIC Kodu / Swift Kodu |
---|---|
AccessBank | ACABAZ22 |
AFB Bank | AZFIAZ22 |
AGBank | AZEGAZ22 |
Amrahbank | AMRAAZ22 |
ASB Bank | CAPNAZ22 |
Atabank | ATAZAZ22 |
Azər Türk Bank | AZRTAZ22 |
Bank BTB | BBTBAZ22 |
Bank of Baku | JBBKAZ22 |
Bank Respublika | BRESAZ22 |
Bank Silk Way | AZALAZ22 |
Beynəlxalq Bank | IBAZAZ2X |
Caspian Development Bank | CDBBAZ22 |
Dəmirbank | AZERAZ22 |
Expressbank | AZENAZ22 |
Gunay Bank | GUNAAZ22 |
Kapital Bank | AIIBAZ2X |
Muğanbank | MUGAAZ22 |
NBC Bank | NBCBAZ22 |
Nikoil Bank | NICBAZ22 |
Paşa Bank | PAHAAZ22 |
Rabitəbank | RBTAAZ22 |
Turanbank | TURAAZ22 |
Unibank | UBAZAZ22 |
VTB Bank Azərbaycan | VTBAAZ22 |
Xalq Bank | HAJCAZ22 |
Yapı Kredi Bank Azərbaycan | KABAAZ22 |
Ziraat Bankı | TCZBAZ22 |