Ümumdünya Kosmos Həftəsi

Ümumdünya Kosmos Həftəsi
Qeyd olunmağa başlayıb 1999[1]
Həsr olunub kosmik fəza[2]
Tarix 4 oktyabr
worldspaceweek.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümümdünya Kosmos Həftəsi — dünyanın əksər ölkələrində hər il 4–10 oktyabrda bu bayram qeyd olunur. Ümumdünya Kosmos Həftəsinin məqsədi kosmik elmlərin və texnologiyanın müasir cəmiyyətin inkişafındakı rolunu işıqlandırmaqdır.[3]

Beynəlxalq Millətlər Təşkilatının Kosmos üzrə III Konfransında Mərakeş nümayəndə heyəti 20 iyul — ABŞ kosmonavtlarının aya endiyi günü kosmos günü kimi qeyd etməyi təklif etdi. Əksər ölkələr kosmos günü ideyasını dəstəkləsə də, tarix olaraq 20 iyul seçilməsi məsələsi mübahisəyə səbəb oldu. Rusiya nümayəndə heyəti kosmos günü ideyasını dəstəkləsə də, 20 iyul tarixi ilə razılaşmadı. Çünki kosmos erası 1957-ci il 4 oktyabrda SSRİ tərəfindən Yerin ilk süni peykinin göndərilməsi ilə başlayır. Bu səbəbdən Rusiya 4 oktyabr tarixini təklif etdi. Lakin alternativ olaraq 10 oktyabr Kosmos Haqqında müqavilənin imzalandığı gün təklif olundu. İran nümayəndəsi isə kosmos günü deyil Kosmos həftəsi keçirməyi təklif etdi və bu təklif əksər ölkələrin nümayəndələri tərəfindən dəstəkləndi. Nəticədə 1999-cu il dekabrın 6-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 4–10 oktyabr tarixinin hər il Ümumdünya Kosmos Həftəsi kimi qeyd olunacağını elan etdi: 1957-ci il 4 oktyabr Yerin ilk süni peyki buraxıldığı və 1967-ci il 10 oktyabr Kosmos haqqında Müqavilə imzalandığı gün.[4]

İllik mövzular

[redaktə | mənbəni redaktə et]

Ümumdünya Kosmos Həftəsi kosmik fəzanın araşdırılmasına həsr olunan kosmos sahəsində beynəlxalq səviyyəli tədbirlərdən biridir. Hər il 90-dan çox ölkədə Ümumdünya Kosmos Həftəsi layihəsi daxilində müxtəlif tədbirlər keçirilir. Beynəlxalq Kosmos Həftəsi Assosiasiyasının İdarə Heyəti tərəfindən hər il üçün mövzu seçilir.

İlk Ümumdünya Kosmos Həftəsi 2000-ci ildə keçirilmişdir. Mövzu isə "Kosmik minilliyin Başlanğıcı" seçilmişdir.

2017-ci ildə dünyanın 80 ölkəsində Ümumdünya Kosmos həftəsi çərçivəsində 3700-dən çox tədbir keçirilmişdir. Həmin il üçün "Kosmosda yeni aləmlərin araşdırılması " mövzusu seçilmişdir. Əsas istiqamət olaraq kosmosun tədqiqi və yaxınlıqdakı Günəş tipli planet sistemlərində Yerə bənzər planetlərin kəşfi seçilmişdir. 2018-ci il üçün isə "Kosmos Dünyanı Birləşdirir" mövsusu seçilmişdir. Bu mövzu bu il Vyanada baş tutacaq UNISPACE+50 toplantısı ilə bağlıdır.

Space Station 2010 Calendar Celebrates a Decade of Research

[5][6]

Fəaliyyətlər və tədbirlər

[redaktə | mənbəni redaktə et]

Ümumdünya Kosmos Həftəsi Assosiasiyası 50-dən çox ölkənin milli koordinatorları tərəfindən dəstəklənən qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır. Assosiasiyanı Bazz Oldrin, Bill Nay, Tom Henks, İlon Mask, Dorin-Dmitri Prunari, Maks Grimard, Liza LaBonte — dən ibarət İdarə Heyəti idarə edirlər. Həmçinin dünyanın bütün ölkələrindən kosmos sahəsində liderlər könüllü olaraq idarə edirlər. Assosiasiyanın məqsədi insanları kosmosun tədqiqindən gələn faydalar haqqında məlumatlandırmaq, iqtisadiyyatın inkişafını stimullaşdırmaq üçün kosmosun istifadəsini təbliğ etmək , elm və təhsilə maraq yaradılması, həmçinin kosmosun təbliği vasitəsilə millətlərin birgə əməkdaşlığı üçün zəmin yaratmaqdır. Birləşmiş Millətlər təşkilatı hər il Ümumdünya Kosmos Həftəsini qeyd edən ölkələrin tədbirlərinin təqvimini hazırlayır. Təqvimlə linkdən tanış ola bilərsiniz.[7][8][9]

  1. https://documents.un.org/doc/undoc/gen/n00/283/77/pdf/n0028377.pdf.
  2. https://www.un.org/en/observances/world-space-week.
  3. World Space Week, General Assembly, The United Nations
  4. World Space Week Archived 2012–10–12 at the Wayback Machine. UN General Assembly
  5. Report on World Space Week 2000/2007". Worldspaceweek.org. Archived from the original on 2012–10–08. Retrieved 2012–10–12.
  6. UN Report on World Space Week 2007, ST/SPACE/38". Worldspaceweek.org. Archived from the original on 2012–10–08. Retrieved 2012–10–12.
  7. About World Space Week". Worldspaceweek.org. Archived from the original on 2012–10–12. Retrieved 2012–10–12.
  8. "Teacher Activity Guide". Worldspaceweek.org. Archived from the original on 2013–12–13. Retrieved 2012–10–12.
  9. Calendar of Events 2012 World Space Week; The United Nations