Ürəkvari karya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Ürəkvari karya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Amerikada, Gürcüstanda, İngiltərədə yayılmışdır. Bu növ bütün gikorilərdən ən çox yayılandır.
Hündürlüyü 30 m-ə çatan, diametri 1m olan geniş çətirli ağacdır. Yarpaqları təklələkvaridir, uzunluğu 15-30 sm, hər yarpaq oxunda 5-9 ədəd yarpaqcıq vardır, kənarları xırda dişlidir, neştərvaridir. Tumurcuqları parlaq, boz-sarıdır. Çiçəkləri sırğa çiçək qrupuna yığılmışdır. Qozanın uzunluğu 2-3 sm, yaşıl, payızda çıxan qapaqlı və qalın qabıqlıdır. Heyvanlar bitkinin toxumu və qabığı ilə qıdalanırlar.
Ürəkvari karya rütubətli dağ yamaclarında və bataqlıqlarda bitir. Qida maddələri az olan kasıb torpaqlarda yaxşı bitir.
Lənkəranda, Astarada, Masallıda mədəni şəraitdə becərilir. Vətəni Şimali Amerikadır. Həmçinin Gürcüstanda və İngiltərədə geniş yayılıb
Oduncağı bərk və möhkəm olduğu üçün mebel, panel, avadanlıq və pilləkənlərin düzəldilməsində istifadə olunur. Amerikalılar ondan yay aləti düzəldirlər.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov