Ürəkvari makleya

Ürəkvari makleya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ürəkvari makleya (lat. Macleaya cordata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin macleaya cinsinə aid bitki növü.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Gövdəsi budaqlanmayan, hündürlüyü 250 sm-ə bərabərdir. Bitkinin bütün hissələri tünd-göydür. Bütün kütləsi çəhrayı şirədən ibarətdir. Yarpaqları ürəkşəkilli formalı olub, 5-7 bölümlü, növbəli, saplaqlı, aşağı hissəsi iri (uzunluğu 25sm), yuxarı hissəsi isə kiçikdir. Çiçəkqrupu uzunsov, süpürgə, uzunluğu 40 sm olub, sonu budaqlanandır. Çiçəkləri yalnız kasayarpağından ibarət, tez tökülən, 4-30 erkəkcikli olmaqla, çiçək tacı yoxdur. Meyvələri qutucuqmeyvədir. Çiçək və meyvələrinin quruluşuna görə 2 növü vardır. Ürəkşəkilli makleyanın çiçəkləri 25-30 erkəkcikdən, qutucuğu neştərşəkilli formalı 2-6 toxumludur.  Kiçikmeyvəli makleyanın erkəkciki 8-12, qutucuğu dairəvi formalı tək toxumludur. İyul ayında çiçəkləyir və avqust ayında meyvələri yetişir.

Bitki çiçəkləmə dövründə toplanılır. Tərkibindəki alkaloidlərin miqdarı üçüncü ildə daha yüksək olur. Xammalın toplanılması otbiçən maşınla həyata keçirilir. Qurudulma təbii şəraitdə, daimi havalı yerlərdə və ya 40-50°С temperaturda quruducu şkafda aparılmalıdır.

Xammal olaraq gövdə hissəciyi, yarpaqları, buton və çiçəkləri hesab olunur. Zəif iyli olub, dadı müəyyən olunmamışdır.

Havası tez-tez dəyişilən yerlərdə saxlanılmalıdır. B siyahına daxildir. Saxlanılma müddəti 3 ildir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Otun tərkibində izoxinolin sırası alkaloidləri ürəkşəkilli makleyada 0,7%, kiçikmeyvəli makleyada isə 1%-dir.  Başlıca olaraq sanqvinarin və xeleritrin alkaloidlərindən (0,8 %) ibarətdir.

Antixolinestraza, antimikrob və göbələk əleyhinə xassəyə malikdir.

Sanqvarin və xeleritrin geniş spektrli mikrob əleyhinə, qrammüsbət və qrammənfi bakteriyalara, mayayaoxşar və mitselisi olan göbələklərə təsir edir. Antixolenestraza aktivliyə malikdir. Bitki əsas xammal hesab olunur. Xammalı butonizasiya zamanı çiçəkləri və meyvələridir. Tərkibindəki alkaloidlərin maksimal miqdarı bitkinin inkişafının üçüncü ilində baş verir.

Xammaldan “Sanqviritrin” adlı preparat hazırlanır. Tərkibi əsasən sanqviritrin bisulfat və xeleritrindən ibarətdir. Antibakterial, antixolenestraza və göbələk əleyhinə aktivliyə malikdir. Miopatiya, kəskin polimielit və iflicin mualicəsində, yanıq infeksiyalarında, otit və paradontitdə istifadə edilir.